Ana Sayfa > Karusel / Gündəm > Sumı vilayətindən Moskvaya gedən magistral Ukrayna qoşunlarının nəzarəti altındadır

Sumı vilayətindən Moskvaya gedən magistral Ukrayna qoşunlarının nəzarəti altındadır


2-03-2022, 11:26. Yazar: Admin

 

2022/03/1646204468.jpg
  
Sumı vilayətində Kopti-Baçevsk şossesi Ukrayna hərbçilərinin nəzarəti altındadır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, martın 1-də Kopti-Baçevsk magistralını Ukrayna hərbçiləri nəzarət altına alıb.

"Bizim hərbçilər Rusiyadan Ukraynaya girişi bağlayıb, iki yerdə maneələr düzəldiblər”, - deyə o bildirib və əlavə edib ki, hazırda bu marşrut Sumı vilayətinin müdafiə qüvvələri tərəfindən idarə olunur.

Bundan əvvəl, fevralın 26-da Rusiya hərbçiləri Sumı vilayətində Kopti-Baçevsk avtomobil yolunu ələ keçirib. Marşrut Koptıdan (Çerniqov vilayətində kənd) başlayır, Baturin, Krolevetsdən keçir və Rusiya Federasiyası ilə sərhəddə yerləşən Baçevsk keçid məntəqəsində başa çatır. Bu, Kiyev-Moskva magistralının bir hissəsidir.

Geri dön