Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda uşaqlarda ən çox rast gəlinən qurd növləri açıqlanıb

Azərbaycanda uşaqlarda ən çox rast gəlinən qurd növləri açıqlanıb


23-02-2022, 15:17. Yazar: Admin

 

Azərbaycanda uşaqlarda ən çox rast gəlinən qurd növləri açıqlanıb

“Azərbaycanda insanların quyruq növ kimi adlandırdığı enterobioz qurd növü uşaqlar arasında rast gəlinir. Askarid qurdları isə ikinci sırada gəlir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, qurdlar adətən nəcis analizlərində aşkar olunur.

E.Rəhimov əlavə edib ki, uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar:

“Ötən ilin rəqəmlərinə gəlincə, 434 minə yaxın uşağın analizi aparılıb, onlardan 32 911 uşaqda qurd invaziyası aşkar edilib”.


Geri dön