Ana Sayfa > Karusel / Gündəm > Rusiya-Ukrayna böhranı neft qiymətlərini YÜKSƏLDİR
Rusiya-Ukrayna böhranı neft qiymətlərini YÜKSƏLDİR22-02-2022, 14:57. Yazar: Admin |
Neft qiymətləri Ukrayna-Rusiya böhranına görə yüksəlməkdə davam edir.
Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq etalon olan Brent markalı neftin fyuçersləri 98 dollara (72 funt sterlinqə) çataraq yeddi ildə özünün ən yüksək səviyyəsinə yüksəlib. Buna səbəb Rusiyanın Ukraynanın şərqindəki separatçı bölgələri müstəqil dövlətlər kimi tanıması olub.
Manulife İnvestisiya İdarəsinin əməkdaşı Sue Trinh bildirib ki, Rusiyanı daha az xammal və ya təbii qaz tədarük etməyə məcbur edən sanksiyalar qlobal iqtisadiyyata mühüm təsir göstərəcək. Geri dön |