Ana Sayfa > Karusel / Siyasət > Əsl "soyuq müharibə" indi başlayır - Deputatlardan Rusiya-Ukrayna münaqişəsinə REAKSİYA
Əsl "soyuq müharibə" indi başlayır - Deputatlardan Rusiya-Ukrayna münaqişəsinə REAKSİYA22-02-2022, 13:30. Yazar: Admin |
Rusiya prezidenti Vladimir Putin ötən gün xalqa müraciətində Ukrayna ərazisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını bildirib. Rusiya prezidentinin bu ani qərarı dünya siyasətinin çalxalanmasına səbəb olub. Qərb dövlətləri, beynəlxalq təşkilatlar Putinin bu qərarının düzgün olmadığını vurğulayıblar. Dünyanın aparıcı siyasi ekspertləri isə qərarın Rusiyaya baha başa gələcəyini düşünürlər. Bununla bağlı Qarabaqinfo.az-a danışan deputat Fazil Mustafa Rusiyanın addımının böyük bir işğal faktı kimi qiymətləndirildiyini bildirib: “Müstəqil dövlətin hansısa ərazisinin “müstəqilliyini” tanımaq hər bir halda işğaldır. Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq ediləcəyini deyə bilərik. Hesab edirəm ki, bu, əvvəlki illərdə Abxaziya və Osetiyanın tanınmasından daha ağır nəticələrə gətirib çıxaracaq. Artıq Rusiyanın dayandırılması üçün Qərb çox ciddi addımlar atmağa məcbur olacaq. Çünki bu, yeni situasiyanın yaranması deməkdir. Məsələ böyüyəcək”.
Fazil Mustafa onu da qeyd edib ki, Azərbaycan başqa dövlətin ərazisinin işğal olunmasını təqdir edə bilməz:
Deputat Azər Badamov isə Rusiya təcrübəsində belə halların əvvəllər də olduğunu xatırladıb: “Rusiya prezidentinin xalqa müraciətində "Luqansk və Donetsk respublikaları"nın tanınması ilə bağlı qərarı açıqlanıb və bu qanun layihəsini ratifikasiya edilməsi üçün Dövlət Dumasına göndərildiyi bildirilib. Qərarın verilməsinin məqsədi kimi mövcud gərginliyi aradan qaldırmağın yeganə yolu olduğu bildirilib. Rusiya təcrübəsində belə hallar əvvəl də olmuşdu. 26 avqust 2008-ci ildə də Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı da fərman verilmişdi. Ondan sonra bu ərazidə hərbi əməliyyatların keçirilməsi dayanmışdı. Düşünürəm ki, indi "Luqansk və Donetsk respublikaları"nın “müstəqilliklərini” tanımaqla Rusiya bu ərazilərdə öz qoşunlarını rəsmi şəkildə yerləşdirə biləcək. Bu yolla rəsmi Moskva NATO qoşunlarının öz sərhədlərinə yaxın yerləşməsinin qarşısını almaq istəyir. Düşünürəm ki, geniş hərbi əməliyyatlar baş verməyəcək və Rusiya Ukrayna münaqişəsi bundan sonra həll olunmamış münaqişə kimi uzun müddət tarixdə qalacaq”. Azər Badamov Azərbaycanın məsələyə münasibətinin əvvəllər olduğu kimi, dəyişilməz qalacağını düşünür:
Geri dön |