Ana Sayfa > Karusel / Gündəm > Fransa səfirliyini Kiyevdən köçürməyi planlaşdırmır
Fransa səfirliyini Kiyevdən köçürməyi planlaşdırmır16-02-2022, 22:00. Yazar: Admin |
Fransa "ABŞ-dan fərqli olaraq" öz səfirliyini fransız diasporunun əsas hissəsinin yerləşdiyi Kiyevdən köçürməyi planlaşdırmır. Bu barədə çərşənbə günü Fransanın xarici işlər naziri Jan-İv Le Drian Senatın (parlamentin yuxarı palatası) xarici əlaqələr komissiyasında çıxışı zamanı bildirib. “Biz belə bir qərar verməmişik”, - deyə nazir bildirib. O qeyd edib ki, “Ukraynadakı Fransa vətəndaşlarının əsas hissəsi Kiyevdədir”. "Bu isə minə yaxın insandır. Biz onlarla daimi əlaqə saxlayırıq", - XİN rəhbəri bildirib. O, həmçinin qeyd edib ki, “Ukraynaya hələ də aviareyslər həyata keçirilir”. Xatırladaq ki, bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken ABŞ səfirliyinin Kiyevdən Lvova köçürüldüyünü bəyan edib. Geri dön |