Ana Sayfa > Karusel / Region > Saakaşvilinin vəziyyəti yaxşılaşıb
Saakaşvilinin vəziyyəti yaxşılaşıb23-11-2021, 17:28. Yazar: Admin |
![]() Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti yaxşılaşıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə onun həkimləri bildirib. Həkimin sözlərinə görə, eks-prezident özünü yaxşı hiss edir və fiziki cəhətdən gündən-günə daha da yaxşılaşır. Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə cəlb edilib. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb.
Geri dön |