Ana Sayfa > Karusel / Gündəm > Hamilə qadının ölümü ilə bağlı rəsmi açıqlama
Hamilə qadının ölümü ilə bağlı rəsmi açıqlama21-10-2021, 17:45. Yazar: Admin |
Bərdədə hamilə qadının ölümü ilə bağlı rəsmi məlumat açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü Hüseynova Nailə Mürvət qızı tibb müəssisəsinə sağ tərəfli boru hamiləliyi diaqnozu ilə daxil olub:
“20 oktyabr 2021-ci ildə üzərində tuboektomiya əməliyyatı icra edilib. Əməliyyat saat 15:40-da başlayıb, 16:20-də bitib. Xəstə səhər saatlarında çarpayıdan qalxarkən qəflətən vəziyyəti pisləşib. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, vəfat edib.
İlkin ehtimala əsasən, onun ölümünə ağciyər arteriyasının trombemboliyası səbəb olub”. Geri dön |