Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan-Putin görüşü oldu: Qarabağda hadisələr necə inkişaf edəcək?
Ərdoğan-Putin görüşü oldu: Qarabağda hadisələr necə inkişaf edəcək?30-09-2021, 09:58. Yazar: Admin |
Türkiyə və Rusiya prezidentləri Rəcəb Təyyub Ərdoğanla Vladimir Putin arasında Soçidə başa çatan 3 saatlıq görüş ətrafında müzakirələr, şərhlər davam edir. Təbii ki, bizim üçün bu görüşün əsas əhəmiyyət kəsb edən məqamı Qarabağ mövzusudur. Ərdoğan-Putin görüşündə Qarabağ məsələsindən də danışılıb. Beləliklə, Rusiya prezidenti Türkiyənin Qarabağ məsələsindəki rolunu bir daha qeyd edib. Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır”.
Görüşdə bizim maraqlarımız fonunda diqqətçəkən məqam Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyinə dair dedikləridir. Bunu Rusiyanın Qarabağda tərəf kimi qəbul etdiyi Türkiyəni Azərbaycan-Ermənistan sərhəd məsələsində də tərəf gördüyü kimi şərh etmək olar. Bu iki kontekstdə Bakının maraqlarına uyğundur”. Geri dön |