Ana Sayfa > Karusel / Gündəm > Rusiya hərbçiləri Azərbaycanla sərhəddə yerləşdirilir - Ermənistan MN

Rusiya hərbçiləri Azərbaycanla sərhəddə yerləşdirilir - Ermənistan MN


6-08-2021, 09:58. Yazar: Admin
Rusiya hərbçiləri Azərbaycanla sərhəddə yerləşdirilir - <span style="color:red">Ermənistan MN</span>

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə Rusiya sülhməramlılarının yerləşdiriləcəyini açıqlayıb.

Qarabaginfo.az TASS agentliyinə istinadən xəbər verir ki, nazirliyin saytında prosesin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi qeyd edilib:

"Kütləvi informasiya vasitələrində Tavuş əyalətində rus hərbçilərinin olması ilə əlaqədar yayılan xəbərlərə əsasən bildiririk ki, qeyd olunan ərazidə Rusiya sərhəd nəzarət qüvvələri yerləşdirilib. Orada maddi-texniki təminat və yaşayış binalarının tikintisi davam edir", - nazirliyin saytında deyilir.

Qeyd edək ki, iyulun 29-da Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sülhməramlılarının yerləşdirilməsini müzakirə etməyə hazır olduğunu bildirib.

Paşinyana görə, bu, silahlı toqquşma riski olmadan sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməyə imkan verəcək.


Geri dön