Ana Sayfa > Karusel / Gündəm / Qarabağ > Snayperin vurduğu baş leytenant - “Azad etdiyi torpaqdan gətirib məzarına səpdim”
Snayperin vurduğu baş leytenant - “Azad etdiyi torpaqdan gətirib məzarına səpdim”3-02-2021, 13:58. Yazar: Admin |
İkinci Qarabağ müharibəsi cəmiyyətə elə simalar tanıtdı ki, bəzən həmin qəhrəmanları yaxından tanımadığımız üçün peşmanlıq hissi keçiririk. Bu savaş bizə həm kədər, həm də sevinc hissini eyni anda yaşamağı öyrətdi. Qəhrəmanlarımızın döyüş yolu, göstərdiyi şücaətlər ailə üzvlərindən və ya silahdaşlarının xatirələrindən bizə əyan olur. Şəhidlərimiz Azərbaycan tarixinə dərin, bir ömür unudulmayacaq izlər buraxdı.
Düzdür, neçə dəfə hücum etdim, itkilər versəm də, Hadrutu azad edə bilmədim. Çünki o zamanlar bu qədər təcrübəmiz yox idi. Həmin vaxtlarda Səidin 3 yaşı var idi. Onu səngərə aparıb, silahdan atəş açmağı öyrədirdim. Oğlum mənim azad edə bilmədiyim torpağı, öz qanı ilə aldı. Səidin arzusu hərbçi olmaq idi. Onu vətən uğrunda getdiyi heç bir yoldan saxlamamışam. Hər zaman “gedirəm” deyəndə, “uğur olsun” söyləmişəm”.
“Səid 2016-cı ildə baş verən aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında döyüşüb. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib. O, döyüş yoldaşı general Polad Həşimovun qisasını almaq üçün müharibənin başlamısını gözləyirdi”.
“Sentyabrın 27-də Vətən müharibə başlayanda Səid zabit kimi döyüşə getmək üçün müraciət etdi. Əvvəlcə ehtiyac olmadığını deyib, qəbul eləmədilər. Amma Səid gözləmədi. Cəbhəyə getdi. Əvvəlcə 1 həftə Ağcabədidə könüllülər hazırladı. Daha sonra Füzuli rayonunun Horadiz kəndi istiqamətində döyüşlərə atıldı və irəliyə doğru 42 km döyüşdü. Hadrutun girişində Şişqaya deyilən yüksəkliyi azad edib, bayrağı sancan zaman snayper gülləsi ilə vuruldu. Döyüş yoldaşları köməyə gəlsə də, onu xilas etmək mümkün olmadı. Oğlum ən uca zirvəyə, Şəhidlik zirvəsinə yüksəldi”.
“Həmin yüksəkliyi gedib ziyarət etdim. Şişqaya Hadrutun girəcəyində yerləşir. Oradan bir ovuc torpaq gətirib oğlumun məzarı üzərinə səpdim. Səid döyüş müddətində sinəsində bayraq gəzdirərmiş. İlk hansı kəndi azad etsəydilər, həmin bayrağı oraya sancacaqdı. Şişqaya yüksəkliyinin alınması üçün göstəriş gəlib. Səid olan bölük həmin ərazini təmizləyib. O, sinəsindəki bayrağı Şişqaya yüksəkliyinə sancan zaman snayperlə vurulub. Yoldaşları bayrağın üzərinə Səidin adını yazıb, həmin yüksəkliyə sancıblar. Oktyabrın 11-də Səidin şəhid xəbəri gəldi və 12-də isə Hadrutun azad olunduğu deyildi”.
“Oğlumla aramızda sərhəd var idi deyə, onun haqqında çox şeyi bilmirdim. Yoldaşları indi mənə Səidin necə döyüşdüyüi, hansı keyfiyyətlərə malik hərbiçi olduğu barədə danışırlar. Onların sözlərinə görə, Səid əsgərləri qorxmasın deyə bronjiletsiz, kaskasız döyüşürmüş. Özünü hər döyüşdə irəli atarmış. Maaşı verilən kimi siqaret alıb, əsgərlərinə paylayarmış”.
“Səidin bir sözü var idi – “Vətən sağ olsun”. Hər nə olurdusa, bu sözü deyirdi. Müharibəyə yollandığı zaman da “Ata, vətən sağ olsun” dedi və getdi. Son dəfə oktyabrın 9-u mənə zəng etdi. Bir az danışdıq. Harada olduqlarını soruşdum. Daha sonra “soyuq su içməyin” dedim. Sən demə onlar heç su tapmırmışlar. Oktyabrın 11- də şəhid xəbərini aldıq”.
“Səid özünə çox qapalı bir oğlan idi. Arzularından, istəklərindən danışmazdı. Amma əsl zabit idi. Hərbiçi necə olursa, elə biri idi. Maraqlıdır ki, dostları ondan danışanda deyirlər ki, çox gülərüz imiş.
“1992-93- cü illərdə mən döyüşən zaman 125 şəhid vermişdim. Oğlum da 126-cı şəhidim oldu. Səidin şəhid xəbəri gələn zaman ilk düşündüyüm bölüyü kimin idarə edəcəyi oldu. Çünki müharibədə komandir lazımdı. Şəhidə hər zaman ağlaya bilərik. Amma biz qələbə çalmalıyıq. Biz indiyə qədər gənclərimizə fərasətsiz biriləri kimi baxmışıq. Amma gənclərimiz 44 günlük müharibədə hər şeyi sübut etdilər. Səid şəhid olduqdan sonra onun nəşini Füzulinin Babı kəndində torpağa tapşırdım. Səid ata kəndimizi özü azad etdi”.
Səidlə Hadrut istiqamətindəki yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün olmazdı. O yüksəkliyi təmizləyən zaman böyük qarşıdurma oldu, Səid düşmənin bayrağını endirib, Azərbaycan bayrağını həmin yüksəkliyə sancan zaman snayper gülləsinə tuş gəldi. Biz Səidin qisasını aldıq, orada dalğalanan bayrağın üzərinə Səidin adını yazdıq.
Geri dön |