Ana Sayfa > Karusel / Gündəm > Qarabağda radio kanalı açacaq şirkətin adı məlum oldu

Qarabağda radio kanalı açacaq şirkətin adı məlum oldu


7-04-2021, 13:36. Yazar: Admin

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

 

Qurumdan Qarabaginfo.az-a verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunmuşQarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanmışdır.

 

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim etmişdir:

 

  • "Real Təhlil İnformasiya Mərkəzi" MMC;
  • "Caspian İnternational Broadcasting Company" MMC;
  • "Balans Studiyası" MMC;
  • "İNS ÇM" MMC;
  • "İsti Press" MMC;
  • "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;
  • "ARB 24" MMC.

 

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunmuşdur.


Geri dön