Saytımızı qiymətləndirin


 
 

"Qarabağ Universitetinin Qafqazın "Harvard"ı kimi elm-təhsil məbədi olmasını istəyiriksə..."
Tarix: 04-04-2021 | Saat: 23:27
Bölmə:Karusel / Müsahibə / Qarabağ | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, millət vəkili Zahir Oruc Moderator.az-a açıqlamasında Şuşada Qarabağ Dövlət Universitetinin yaradılması perspektivinə toxunub. Xatırladaq ki, ilk dəfə 2004-cü ildə prezident kimi ilk səfərini Bərdə rayonuna edən İlham Əliyevlə görüşdə millət vəkili Zahid Oruc Bərdədə Qarabağ Dövlət Universitetinin yaradılmasını təklif etmiş və bu təklif İlham Əliyev tərəfindən məmnunluqla qarşılanmışdı. Amma qismət 2020-ci ildəki Zəfər savaşımızdan sonra Qarabağın başının tacı olan Şuşaya imiş. İnşallah tezliklə bu şəhərdə ermənilərin sinəsinə ox kimi sancılan bir elm-təhsil məbədinin açılışına şahidlik edəcəyik:
"Vətən müharibəsində qələbəmiz Qarabağ və ətraf ərazilərə xalqımızın böyük qayıdığışını doğurub. Bu bizim ən böyük tarixi naliyyətimizdir və onun sırasında həmin ərazilərdə quruculuq tədbirlərinin hansı strategiya və planlar əsasında həyata keçirilməsi yönündə müvafiq olaraq noyabrın 20-də yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində böyük işlər görülür. Əlbəttə, demək lazımdır ki, bunlar ictimailəşmir, artıq dərəcədə qapalı platformada aparılır, bunun da özünəməxsus səbəbləri var və yekun olaraq dövlət siyasət sənədi, proqramları qəbul ediləcək. Çünki bu öz-özlüyündə Ermənistanın Azərbaycana qarşı işğalının ən böyük mirası, dağıntıları  o ərazilərin tamamilə viranəyə çevrilməsidir. Bunun üzərində bütün həyat üçün zəruri olan infrastrukturun qurulması nəzərdə tutulur.
 
Şuşada universitetin açılması və yaxud müvafiq bir ərazidə onun həyata keçirilməsi ilk növbədə bunu biz hərbi əməliyyatlarımızın, o cümlədən diplomatik tədbirlərin sanki başqa bir müstəviyə, təhsil meydanına və yaxud da məktəblərə daşınması kimi bunu qəbul etməliyik. Öz-özlüyündə bu həm də təhlükəsizlik və başqa vasitələrlə aparılan müharibə tədbiri kimidir. Ona görə də təhsili yumşaq güc siyasətində öndə tuturlar. Qərb məkanı dünyaya onun ixracını həyata keçirərkən, yəni yüz minlərlə tələbəni Britaniyadan Amerikaya qədər özünə alarkən həmin dövlət siyasətinin əsas komponenti, xətti kimi həyata keçirildiyini ortaya qoyurlar. O cümlədən birinci növbədə Şuşaya və digər ərazilərimizə sülh, əmin-amanlıq, təhlükəsizlik tamamilə bərqərar olmalı, gəlməlidir ki, orada insanlarımız yaşasın, qurub, yaratsınlar, əvvəlki kimi orda qaynar həyat bərqərar olsun. Yalnız bundan sonra universitet üçün bütün gərəkən digər işləri görməyə keçid gerçəkləşdirləcək. Əlbəttə ki, burda biz nəzərə almalıyıq ki, minlərlə tələbənin ora cəlbini nəzərdə tuturuqsa, bu öz-özlüyündə yüzlərlə müəllim heyətinin orda çalışması imkanlarını və infrastrukturasını yaratmaq gərək olacaqdır. Həmçinin qeyd etdiyimiz tələbələr həmin yerli insanların, yəni konkret olaraq Ağdama, Cəbrayıla, Qubadlıya, Füzuliyə, Şuşaya, həmçinin Xankəndiyə və digər ərazilərə dönən insanların özlərindən, övladlarından olası deyil.  Əgər biz nəzərdə tuturqsa ki, bir qədər obrazlı adla Qafqazın “Harvard"ı orda qurulsun, özünün təhsil reytinqini əldə etsin, Azərbaycanın digər universitetlərindən fərqlənsin, öndə olsun. Gerçəkdən də onun informasiya və təhsil müstəvisində irəliləməsi, təbliğatı bizim mövqeyimizi gücləndirsin. O məkanda həm də öz-özlüyündə təhsil vasitəsilə qoruyucu zirehimizi yaratsın, bir sipərə çevirsin və Ermənistana qarşı rol oynasın, bu halda onu güclü əsaslarla formalaşdırmaq lazımdır. Ordakı elmi-tədqiqat xətti də yaxşı qurulmalıdır, digə vasitələr həyata keçirilməlidir ki, bu çoxşaxəli bir təhsil həyatını özündə daşımış olsun. Hər hansı bir xarici ölkənin, əcnəbi vətəndaşın oranı seçməsi üçün əlverişli şərtlərin hamısını biz orda yarada bilək. Ona görə də bu məsələ öz-özlüyündə digər ərazilərimizdə açılması istənilən ali təhsil müəssisəsindən də irəli gedən məna daşıyır. Yəni onun elm məbədini olmasını istəyiriksə, ətrafındakı digər məbədləri də qurub yaratmalıyıq ki, qeyd etdiyimiz işi həyata keçirmək mümkün olsun. 
 
Nəzərə almalıyıq ki, Sovet dövründə həmin yerlərdə müəyyən peşə məktəbləri mövcud olub. O cümlədən son otuz ildə Qarabağ Dövlət Universiteti modelində ermənilər nələrəsə çalışıblar, ancaq bunun regional effekti olmayıb. Ona görə də onlar həmin adı tutmaqla bizə qarşı informasiya savaşının, mənəvi müharibənin, elmi-intellektual mübarizənin istənilən nəticəsini görməyiblər. Amma biz deməliyik ki, burda akademiklərin, elmlər doktorlarının, professorların çalışması şəraiti ən üst düzeydə yaradılmalıdır ki, biz o coğrafiyanın, təbiət zənginliyinin fonunda həm də elmi bilik zənginliyini yarada bilmişik ki, ordakı irsi hər kəs gedib görmək istəyir. 
 
Onu da qeyd edim ki, Azərbaycanda orta təhsilin yaradılmasının ilk başlanğıcı da qeyd etdiyimiz ərazilərə düşür. Yəni Şuşada 1829-cu ildə ilk məktəblərdən biri kimi açılan iki illik UES məktəbini qeyd edə bilərik. Və istəyirik ki, müəyyən bir təhsil varisliyinin hansısa köklərə söykənərək qurulduğunu göstərək, dediyimiz o zəncirin elə birinci elementi orda var. Bura xarici professorlar heyəti gəlib leksiyalar aparsın. Biz bir daha söyləyirəm ki, gələcək dövrə müharibənin yalnız hərbi vasitələrlə aparılmayacağını hamıdan yaxşı bilirik. Çünki Vətən müharibəsi bu məsələlərə münasibətdə də çox köklü dəyişiklikləri yaradıb. Yeri gəlmişkən, bir qisim insanlar bu yöndə təkliflərdən bəhs edərkən onun hərbi-xarakterli bir universitet olması nə qədər ki, o ərazilərdə keşik çəkən silahlı qüvvələrimizin sayı çoxdur bu yöndə də olmasının faydasından bəhs edə bilərlər. Bütün bunlar ümumilikdə Azərbaycan insanlarının hər birinin mövqeyini tələb edir. Biz ki, dövlət-ordu-xalq üçlüyü modelində savaşı qazandıq. Hesab edirəm ki, universitetlərin yaradılması da nə qədər məhdud dairədə siyasi iradə qərarları tələb edir və Ali Baş Komandanımızın bu məsələlərə baxışlarının strateji olmaqda görməkdəyik və ümidvarıq ki, ölkə rəhbərinin bu məsələrlə bağlı özünün planları mövcuddur. Amma digər tərəfdən də orda ən sonda insanlarımızın balaları, doğmaları təhsil alacaqlar. Bu mənada Qarabağın təhsilli bir məkana çevrilməsi bizim üçün ən mühüm ideadı, vəzifədir, öhdəlikdir. Ona görə də burada da ümumxalq işinə çevrilməsinin böyük bir zərurəti var. Düşünürəm ki, gələcəkdə Şuşada və yaxud da bizim üçün müqəddəs digər ərazilərdə universitetin bir mədəd olaraq yaradılması dövlətimizin gələcək planları sırasında ön yerdədir və əminik ki, belə də olacaq. Ondan ötrü ilk növbədə biz həmin məkana, ərazilərə dönməliyik, orda isti ocaqlar qurulmalıdır, yaşamalıyıq və həmin o məbədlərin ətrafında da gələcək həyatımız yaradılmalıdır".


Xəbəri paylaş

1408 dəfə oxunub.

Digər xəbərlər