Ana Sayfa > Yazar > “ Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”
“ Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”6-04-2023, 11:49. Yazar: Admin |
Tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olub. Müasir tariximizi Ulu Öndər Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir. Ümummilli Liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü nəhəng işlər xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Həmin illərdə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi, bütün uğurlar məhz dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyətin keçdiyi ömür yolu, xalqımızın qarşısında misilsiz qiymətləri müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının , Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-isə müstəqil Azərbaycanın Qurtuluş Günüdür. Əgər Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümkün olmayacaqdı. Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab prezident belə xatırlayır: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”. Ümummilli Lider xalqa güvənərək düşünülmüş siyasət həyata keçirirdi. Elə bir sahə yoxdur ki, Ümummilli Liderin diqqətindən yayınsın. Ulu ÖndərinHeydər Əliyev dini-mənəvi dəyərlərimizə ayrıca diqqət yetirmişdir. Belə ki, “Heydər Əliyev din və mənəvi dəyərlər” , “ Heydər Əliyev: Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” adlı kitablar nəşr olunmuş, ingilis, rus və Azərbaycan dillərində çap edilmişdir. Ümummilli Lider Heydər Əliyev Respublikada yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlı durumu mürəkkəb və ziddiyyətli idi. Yəqin ki, hər şeydən əvvəl vəziyyətdə köklü dəyişiklik yaratmaq üçün problemə münasibət bildirməklə yanaşı, qanuni zəmin yaratmaq lazım idi. Bu məqsədlə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanununa müəyyən dəyişikliklər edildi, bəzi maddələr ləğv, bəzilərinə isə əlavələr edildi. Ulu Öndər məscidlərə gedir, dini münasibətlərlə keçirilən mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövləti strateji xəttini özü şəxsən izah etməyə çalışırdı. Çıxışlardan birində bildirirdi ki, Azərbaycanın strateji yolu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundan keçir. Əlbəttə , dünyəvi dövlətçilik prinsipi dövlətin dindən ayrılığını nəzərdə tutur. Sakin, vətəndaş, bütövlükdə isə xalq və millət dindən ayrı deyildir. 1- 2 oktyabr 1998-ci ildə Bakı şəhərində keçirilən “ Müasirlik və dini mənəvi dəyərlər” adlı beynəlxalq konfransda Ulu Öndər Heydər Əliyev dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir ki, “ Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”. Bütün bunları müdrik bir filosof kimi nəzərə alan Ulu Öndər Heydər Əliyev 5 sentyabr 1993-cü ildə Təzəpir məscidində Məhəmməd Peyğənbərin mövludu münasibəti ilə keçirilən mərasimdə çıxış edərək demişdir. “Biz bir dövlət kimi...Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidməti və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq” . Ümummilli Lider Heydər Əliyev bütün sonrakı dövr ərzində bu vədinə əməl etmiş, dinin, dini təsisatların və etiqadların müasir Azərbaycan cəmiyyətində oynadıqları rola diqqətini azaltmamışdır. 8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mir Mövsüm ağanın ziyarətgahında keçirilən bir görüşdə qeyd etmişdir ki: “ İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir... Bizim ənənələrimiz mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması Ümummilli Lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün də böyük uğurla davam etdirilməsinin nəticəsidir. Roma papası İoanın II Pavel 2003-cü ilin mayında Bakı şəhərində səfərdə olarkən demişdir. “ Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir” . Bu stabillik gərgin əməyin ölçüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu milli adət ənənələrə , mənəvi dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür.
Qax şəhəri Mərkəzi Cümə məscidinin imamı: Xəlilov Xəzər Məhəmmədiyə oğlu
Mobil telefon: 0 (70) 322 51 72
Geri dön |