Ana Sayfa > Yazar > Müasir, demokratik və müstəqil Azərbaycanın qurucusu

Müasir, demokratik və müstəqil Azərbaycanın qurucusu


14-02-2023, 14:59. Yazar: Admin

 

 

 

Hər birimizə məlumdur ki, müasir, demokratik və müstəqil Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin bu il yüz illik  yubleyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.  Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyev siyasi kursu nəticəsində, dövlətçiliyimiz inkşaf etdi, müstəqilliyimiz və azadlığımız qorundu və yaşadıldı. 1993-cü ildə xalqın istəkli təqidi ilə yenidən Rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyevxilaskarlıq missiyası həyata keçirərək, ölkəmizin ictimai, siyasi, dini, milli,irqi vədigər sahələrdə sabitliyinə, əmin-amanlığına və sülhünə nail oldu.  Rəhbərlikdə olduğu müddətlərdə Ulu Öndər siyasi kursunun prioritet istiqamətlərindən biri də  milli-mənəvi dəyərlərin qorunması, inkişafı və yaşadılması  ilə bağlı olub. Bəsmilli-mənəvi dəyər anlayışı bizə nəyi ehtiva edir? Dilimiz, dinimiz, dövlət atributlarımız, mədəniyyətimiz, adət-ənənəmiz, dövlət bayramlarmız, milli musiqimiz, tariximiz, tolerantlıq, multikultralizm, azərbaycançılıq məfkurəsi və s. bizim milli-mənəvi dəyərlərimizdir. Milli-mənəvi dəyərlər haqqında danışarkən ilk öncə  doğma dilimiz haqqında danışmaq yerinə düşər. Deyilir ki, “bir xalqı məhv etmək istəyirsənsə ilk öncə onun dilini və mədəniyyətini əlindən almaq gərəkdir.”

Ulu Öndərin ən həssas yanaşdığı məsələlərdən biri məhz Azərbaycan dilinin işlənməsi və inkişafı ilə bağlı olub. Bununla bağlı olaraq 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili statusunu aldı.  Daha sonra  Ulu Öndər SSR Ali Məclisinin iclaslarında ana dilində çıxış edərək doğma dilimizə olan sevgisini bir daha sübut etdi.

Ümummilli Liderimizin dediyi kimi:“Dinimiz bizim mənəvi sərvətimizdir”. Dini səhədə Ulu Öndərin həssas yanaşdığı sahələrdən biri olub. Bildiyimiz kimiBibiheybət ziyarətgahı sovetlərin ilk illərində repressiyaya məruz qalmış, 1934-cü ildə tamamilə dağıdılmışdır. Ulu Öndər Heydər Əliyev 1997-ci il iyulun 23-də - Məhəmməd Peyğəmbərin (s) mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Bir il sonra, 1998-ci il iyul ayının 12-i yenə də Peyğəmbərin (s) mövludu günündə məscidin açılış mərasimində iştirak etmişdir.Prezident İlham Əliyevin təşəbbüsü, eləcə də diqqət və qayğısı sayəsində Bibiheybət məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və yenidən qurulması işi davam etdirilmişdir. Ziyarətgahın əsas korpusunun açılışından düz on il sonra - 2008-ci il iyul ayının 12-də əsaslı yenidənqurma və təmir işləri tam olaraq yekunlaşdığı vaxt məscidin bütöv bir kompleks olaraq açılış mərasimi olmuşdur.

Ulu Öndər Heydər Əliyevin banisi olduğuAzərbaycançılıq məfkurəsi nədir bəs? Bu ideologiya Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etmək və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Bu idelogiyanın kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu dəyərlər sistemi ilə bağlı Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyətindən, dinindən, siyasi mənsubiyyətindən aslı olmayaraq eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli sürətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”.

Bu gündə Azərbaycan xalqı bu ideologiya ətrafında birləşərək birlik,həmrəylik nümayiş etdirir. Bunun ən gözəl nümunəsinə biz 44 günlük Vətən müharibəsində canlı şahidi olduq.  44 günlük Vətən Müharibəsində dinindən, millətindən, cinsindən və irqindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” kimi birlik nümayiş etdirirək tarixi dədə-baba torpaqlarımızı düşmən tapdağından azad edərək xalqa qələbə müjdəsi yaşatdı.

Dövlətimiz tərəfindən aparılan məntiqi və düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan deyəndə bir sıra  dünya ölkələri düşüncəsində zəngin tolerant və mültikultral mühitin mərkəzi olan bir dövlət fikri formalaşır. Tolerant və mültikultral dəyərlər bizim xalqımız üçün heç də yad anlayışlar deyildir. Bu dəyərlər Azərbaycanda tarixən mövcud olmuş, əsrlər keçərək daha da formalaşmış və indiki dövrə inkişaf edərək gəlib çatmışdır. Tolerantlıq-dini dözümlülük, multikultralizm isə çox mədəniyyətlilik deməkdir. Tolerantlığın olması üçün multikultral cəmiyyətin olması qaçılmaz məsələdir. Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən tolerantlıq və multikultralizm    siyasəti  bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi, fərqli dinlərə sitayiş edən və müxtlif millətlərə mənsub olan azərbaycan xalqı hazırda vəhdət, sülh və əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda mövcud olan tolerant mühitinözəlliyi odurki,“ksenofobiya” və “antisemitizmə” yol verilmir, həmçinin Azərbaycan multikultralizmininözəlliyi isə odurki,“assimlasiyaya” yol verilmir.

Bu gün tam əminliklə qeyd edə bilirik ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində əsası Ulu Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir,bu gün ölkəmizdə mövcud olan tolerant mühit barəsində xarici ölkələr bizdən təcrübə öyrənir və bir sıra xarici ölkələrin universitetlərində real təcrübə kimi Azərbaycan multikultralizmi  haqqında  fənn tədris edilir.Milli-mənəvi dəyərlər sisteminə dövlətimiz daim diqqət və qayğı ilə yanaşmış, həyata keçirilən bu diqqət və qayğı prioritet istiqamətlərdən hesab edilmişdir. Dövlətimiz tərəfindən daimi olaraq məscidlər,ziyarətgahlar,pirlər,kilsələr, sinoqoqlar təmir-bərpa edilir, yeni məscidlər inşa edilir, dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində dini icmalara layihələr təqdim edilir, Ölkə başçısının müvafiq sərəncamına əsasən xristian,yəhudi və müsəlman dini qurumlarına hər il maddi yardım ayrılır, rəsmi din xadimi kimi fəaliyyət göstərən şəxslərə hər ay dövlət tərəfindən maddi yardım verilir vədigər ardıcıl işlər həyata keçirilir. Məscidlərin təmir-bərpa olunmasının ən gözəl nümunəsi kimi Azərbaycanının ən qədim məscidi Şamaxı “Cümə” məscidini, yeni məscidlərin inşa olunmasını ən gözəl nümunəsi kimi isə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Qafqazın ən böyük məscidi olan “Heydər” məscidinin inşasını qeyd edə bilərik. Bu gün düşmən tapdağından azad edilmiş əzəli torpaqlarımızda da bu siyasət uğurla davam etdirilir, dövlətimiz başçısının müvafiq göstərişlərinə əsasən, həmçinin “Heydər Əliyev Fondu”-nun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsülə ölkədə mövcud olan dini,mədəni və tarixi abidələr bərpa edilir və bu proses davam etdirilir. Bundan əlavə milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğının əyani təzahürləridir ki, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək üçün dövlət başçısının 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəMənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək məqsədi ilə isə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəAzərbaycan İlahiyyat İnstutu yaradılmış, mövcud qanunvericilik bazası təkmilləşdirilmiş, dövlət dəstəyi ilə dini,mədəni və tarixi istiqamətdə qısametrajlı videolar və sənədli filimlər hazırlanmış və bu sahədə digər mühüm addımlar atılmış və atılmağa davam edilir.

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin məsləhətçisi: Vüqar Məmmədov


Geri dön