Ana Sayfa > Təhsil > Ölkə üzrə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Ölkə üzrə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub


3-10-2022, 14:57. Yazar: Admin

Ölkə üzrə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Oktyabrın 3-də 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Elm və Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, cari tədris ilində ölkə üzrə ümumilikdə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir.

 


Geri dön