Ana Sayfa > Siyasət > Ermənistan bölgədə sabitliyə maneə törədir - Xələf Xələfov

Ermənistan bölgədə sabitliyə maneə törədir - Xələf Xələfov


19-01-2023, 12:55. Yazar: Admin

Təəssüf ki, Ermənistan hələ də hərbi-siyasi təxribatlarını davam etdirərək bölgədə sabitliyin təmin olunmasına maneə törədir. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan regionumuzda davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması istiqamətində səylərini davam etdirmək əzmindədir. Azərbaycanın sülh gündəliyinin qələbəsinə inanırıq.

 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri yanvarın 19-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Nazir müavini bildirib ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden mədənlərinin  qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekofəalların Şuşa şəhərindəki aksiyası 39 gündür davam edir.

 

“Təəssüf hissi ilə qeyd etmək istərdim ki, 1990-cı illərdə olduğu kimi, bu gün də Qərb dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana münasibətdə ikili standartların şahidi oluruq. Bu aksiya Azərbaycan torpaqlarında həyata keçirilir. İkili standartlara baxmayaraq, Azərbaycan xalqı öz haqqını tələb edəcək və istəyinə nail olacaq. Azərbaycanın öz ərazilərinin təhlükəsizliyinin qarantı kimi Laçın-Xankəndi yolunda suveren hüquqlarımıza uyğun olaraq tam nəzarəti təmin etməsi dövlətimizin haqqıdır", - deyə Xələf Xələfov qeyd edib.


Geri dön