Ana Sayfa > Siyasət > Bələdiyyə sədrləri özlərini ağa kimi aparır - Deputat

Bələdiyyə sədrləri özlərini ağa kimi aparır - Deputat


19-01-2023, 12:54. Yazar: Admin

Son vaxtlar görürük ki, bələdiyyə sədrləri özlərini ağa kimi aparırlar.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Tahir Rzayev bildirib.

 

“Rayonlarda sakinlərlə görüşürük, onların çoxunun şikayəti bələdiyyə rəhbərlərindəndir. Kənd sakini bir iş görmək istəyir, bələdiyyə sədri ondan nəsə umur. Əslində ona dayaq olmalı, dəstək verməlidir, amma bunun gördüyü işə baxın. Digər tərəfdən bələdiyyə sədri ilə görüş keçirirsən, görürsən ki, onun heç qanundan xəbəri yoxdur. Vətəndaşa elə qiymətlər oxuyurlar ki, adam çaş-baş qalır. Bələdiyyələrdə ancaq nöqsanlar təbliğ olunur. Bildirirlər ki, maliyyə dəstəyimiz yoxdur. Siz nəsə görməlisiniz ki, maliyyə yardımı ayrılsın”,- deyə deputat çıxışında vurğulayıb.


Geri dön