Ana Sayfa > Siyasət > Lavrov, Mirzoyan və Bayramov bu məsələləri müzakirə etdilər - RƏSMİ
Lavrov, Mirzoyan və Bayramov bu məsələləri müzakirə etdilər - RƏSMİ14-10-2022, 12:16. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə regional nəqliyyat əlaqələrinin açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivlərini və digər məsələləri müzakirə edib.
“Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə birgə səyləri müzakirə ediblər, dövlət başçılarının 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının bütün müddəalarına hərtərəfli riayət edilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə əsaslı baxış keçirilib. Rusiyanın delimitasiya ilə bağlı məsləhət yardımı müzakirə olunub”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi qərara alınıb. Geri dön |