Ana Sayfa > Siyasət > Köçkünlərin qeydiyyat problemi var - Deputat

Köçkünlərin qeydiyyat problemi var - Deputat


30-09-2022, 12:57. Yazar: Admin

“Bəzi qaçqın və məcburi köçkünlər azad edilmiş ərazilərdən qeydiyyatdan çıxıb yaşadıqları ərazilərdə qeydiyyata düşüb. Onları həmin ərazilərdə yenidən qeydiyyata almaq lazımdır”.

 

Qarabaginfo.az xəbər verir ki, xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Ceyhun Məmmədov danışıb.

 

O qeyd edib ki, həmin şəxslər öz dədə-baba yurdunda yenidən qeydiyyata alınmaq istəyirlər:

 

"Qazilərlə bağlı da problemlər var. Onların sayını artırmaqla, şişirtməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Burada qazilərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Təklif edirəm ki, bu say diqqətlə araşdırılsın və dəqiq rəqəm geniş formada verilsin. Bəzən intihar edənlərin qazi olması ilə bağlı məsələ gündəmə gəlir, araşdırılır ki, qazi deyil. Yaxud mənim təmsil etdiyim dairədən bir nəfər intihar etmişdi. Amma biz onun intiharının səbəbini bilirik. Yenə də sosial şəbəkələrdə ictimai rəyi çaşdırmağa çalışdılar”.


Geri dön