Ana Sayfa > Siyasət / Karusel > Neft sürətlə ucuzlaşır - 87 dollardan aşağı düşdü

Neft sürətlə ucuzlaşır - 87 dollardan aşağı düşdü


23-09-2022, 17:45. Yazar: Admin

Dünya bazarında neftin qiyməti 4%-ə qədər enib. Brent markalı neft yanvarın 25-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.


Beynəlxalq ticarət məlumatlarına görə, WTI markalı neft yanvarın 11-dən bəri ilk dəfə olaraq 80 dollardan ucuzlaşıb, 79,78 dollar olub.
 

Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,71% azalaraq bir barel üçün 87,1 dollar olub, daha sonra isə 87 dollardan aşağı düşüb.


Geri dön