Ana Sayfa > Region > Qarabağ kanalında qadın meyiti tapılıb

Qarabağ kanalında qadın meyiti tapılıb


20-09-2017, 10:27. Yazar: Admin

Qarabağ kanalında qadın meyiti tapılıb
Qarabağ kanalında qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Yuxarı Qarabağ Kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri dön