Ana Sayfa > Qarabağ > Tehran İrəvanla Bakı arasında vasitəçi olmaq istəyir - Xamneinin müşaviri

Tehran İrəvanla Bakı arasında vasitəçi olmaq istəyir - Xamneinin müşaviri


12-10-2022, 10:21. Yazar: Admin
Tehran İrəvanla Bakı arasında vasitəçi olmaq istəyir - Xamneinin müşaviri

Tehran Yerevan və Bakı arasındakı münasibətlərdə vasitəçi olmağa hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin  keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti RİA Novosti-yə bildirib.


İranın qonşu Ermənistan və Azərbaycan arasında münasibətlərdə vasitəçilik etməyə hazır olub-olmadığı ilə bağlı suala Vilayəti “Bəli, əlbəttə” deyə cavab verib.


O qeyd edib ki, İranla yanaşı yerləşən müxtəlif bölgələr arasında Zaqafqaziya xüsusi əhəmiyyət kəsb edir.

“Bu baxımdan qonşularımıza (Ermənistan və Azərbaycan) münasibətdə biz daha çox həssaslıq və diqqət göstəririk”, - Vilayəti vurğulayıb.


Onun sözlərinə görə, ölkələr arasında sülhün bərqərar olmasında son dərəcə mühüm amillərdən biri məlum tarixi sərhədlərin qorunub saxlanmasıdır.


“Hər hansı bir ölkə tərəfindən qonşu ölkənin sərhədlərinin pozulması bu regionda gərginliyin artmasına və yerli müharibələrin qızışmasına səbəb olur ki, bunun da ilk nəticəsi təxribatçı ölkələrin, məsələn, ABŞ və İsrailin mövcudluğudur", - o əlavə edib.


Geri dön