Ana Sayfa > Qarabağ / Gündəm / Karusel > Ermənilər Xocalıda tələ minalar basdırıb - FOTO

Ermənilər Xocalıda tələ minalar basdırıb - FOTO


23-09-2022, 12:01. Yazar: Admin

Xocalıda erməni hərbi birləşmələri tərəfindən basdırılmış tələ-mina aşkarlanıb.

 

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

 

Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.

 

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


Geri dön