Ana Sayfa > Qarabağ > Prezident Azərbaycanla Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqləyib
Prezident Azərbaycanla Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqləyib29-12-2021, 18:36. Yazar: Admin |
Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib. Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq olunub. Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərməlidir. Geri dön |