
Ana Sayfa > --- > Azərbaycanda marketə hücum olub: 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Azərbaycanda marketə hücum olub: 1 nəfər ölüb, 4 nəfər yaralanıb5-01-2018, 10:56. Yazar: Admin |
Goranboy rayonunda bir nəfərin ölümü, 4 nəfərin bıçaqlanmsı ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub.
Qarabaginfo"-un Report.az" saytına istinadən verdiyi məlumatına görə, rayonun Dəliməmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən bir - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər 4 nəfər - 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər. Məlumata görə, hadisə marketə hücüm edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib. İlkin məlumata görə, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib. Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1, 29.120.2.2, 120.2.7-ci maddələrlə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Geri dön |