Ana Sayfa > --- > Putin: “Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”
Putin: “Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”2-12-2020, 16:52. Yazar: Admin |
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra olunur. Qarabaqinfo.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclasında çıxışı zamanı bildirib. O, hərbi əməliyyatların dayandırılması, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyadan güclü vasitəçilik səylərinin tələb olunduğunu vurğulayıb. Rusiya dövlət başçısı təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini xatırladıb.
Geri dön |