Ana Sayfa > --- > Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim”
Cəbhə bölgəsinin gənc müəllimi: “İlk günlər atəş səsindən çox qorxdum, öz rayonumuza qayıtmaq istədim”16-12-2017, 11:01. Yazar: Admin |
![]() Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər.
Budəfəki müsahibimiz digərlərindən fərqlənir. Müsahibəni oxuduqca, özünüz həmin fərqi hiss edəcəksiniz. Müsahibimiz Həcər Səmədova dərs demək üçün Şəkinin Baş Göynük kəndindən cəbhə bölgəsində yerləşən Füzuli rayonunun məcburi köçkünlər üçün salınan qəsəbəsinə gedərək, coğrasiya fənnini tədris edir. Gəlin, həmən söhbətə keçək:
- Əvvəlcə, sizi tanıyaq…
- Mən Səmədova Həcər Mirzəli qızı Şəki rayonu Baş Göynük kəndində dünyaya gəlmişəm. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının məzunu olmuşam. Həmin il müəllimlərin işə qəbul imtahanında iştirak edərək, müəllim adını qazanmışam.
Burada işləmək istədiyimi əvvəlcə valideynlərimə bildirdim. Füzuli cəbhə bölgəsi olduğu üçün valideynlərim əvvəlcə buna razı deyildilər. Sonradan mənim işləmək həvəsimi görüb razılaşdılar.
- İlk dərs günündə çox həyəcanlı və sevincli idim. Çünki mən də artıq bir müəllimə kimi məktəbə gedirdim. Artıq mənim də məktəbdə dərs dediyim şagirdlərim olacaqdı. Məktəbin həyətinə daxil olanda məni ilk olaraq direktor Zahid müəllim qarşıladı. İlk baxışdan çox ciddi adama bənzitdim, amma mənimlə çox xoş rəftar etdi. Məktəbdə coğrafiya müəlliminə çox ehtiyacın olduğunu bildirdi. Dedi ki, “bu məktəb üçün müəlliməsən, mənim isə qızımsan”. Sonra dərs deyəcəyim siniflərə getdim. İlk dərsim VII a sinfində idi. Sinfə daxil olanda şagirdlər artıq məni ayaq üstə gözləyirdilər. Salamlaşdıq. Uşaqların üzündə təbəssüm görürdüm. Sevinirdilər, çünki onların coğrafiya müəllimləri yox idi. Şagirdlərə əvvəlcə özüm haqda məlumat verdim, onlar üçün neçə rayon keçərək gəldiyimi bildirdim. Əvəzində söz verdilər ki, onlar da gündəlik dərslərə həmişə hazır olacaqlar. Şəkili olmağım onlara çox maraqlı gəldi. Çünki ləhcəm o qədər də hiss olunmurdu.
Mən də bu iki insanı çox sevirəm. Həm onlara, həm qəsəbəyə, həm də buranın insanlarına çox alışmışam. Hamısı mehriban və xoşrəftar insanlardı. Qaldığım evin hər şəraiti var. Həyəti də çox gözəldir. Yazgül xala çörəyi təndirdə bişirir. Hərdən mən də ona kömək edirəm.
- Həftədə 20 saat dərsim olur. Çalışıram ki, dərsdən evə gələndən sonra həm özüm dincəlim, həm də Yazgül xalaya bəzi ev işlərində yardımçı olum. Elə bunun özü mənim üçün çox yaxşı istirahətdir: evə qayıdıram, lazım olduqda ev işlərini görürəm. Ən çox sevdiyim məşğuliyyətlər var ki, onları hər gün edirəm: ev quşlarını yemləyirəm, meyvə yığıram. Dayının qurbanlıq saxladığı iki qoyunu var, onları bəsləyirəm (gülür)… inanın, bu işlər maraqlı olduğu qədər də, insanı rahatlamaq gücündədir.
- Məktəbimiz 2003-cü ildən fəaliyyətə başlayıb. Məktəb binasının vəziyyəti, dərslərin keçirilməsi üçün lazımı şərait normaldır. Amma divarlarında zəlzələnin təsirindən bəzi çatlar hiss olunur. İstilik sistemi normaldı. Bir çox ucqar məktəblərdə bu əsas problem olsa da, bizdə belə deyil. Hə, bir də ucqar kənd məktəblərində bəzən yol problem olur. Uzun məsafə qət etməli olan şagirdlər, həm də pis vəziyyətdə olan yollarla məktəbə gəlirlər. Amma nə yaxşı ki, bizdə bu problem yoxdu. Qəsəbəmizə yeni yol çəkilib.
- Yeni salınan qəsəbədə yol, istilik problemlərinin olmaması çox gözəldir. Amma yenə də cəbhə bölgəsində olan bir ərazidir. Bu amil şagirdlərin dərsə münasibət və davamiyyətinə necə təsir göstərir? - Şəxsən mən burada şagirdlərin təhsillərinə mane olacaq heç bir problem görmürəm. Sosial durum da düşünürəm ki, normaldı. Çünki, ölkə başçısı qəsəbədəki hər bir ailəni evlə, işlə təmin edib. Şagirdlərin dərsə münasibəti çox yaxşıdır. Şəxsən mənim fənnimdən dərsə hazır olmayan uşaq demək olar ki, yoxdur. Davamiyyətə gəldikdə isə bu da normaldı. Yuxarı siniflərdə bir az davamiyyət pozulur. Onlar buraxılış sinfi olduğundan imtahana hazırlaşırlar.
Bəzən, təsirlənirəm… Qəsəbənin yaşlı ağbirçəklərinin öz aralarında söhbətləri olur. Onlar öz ata-baba yurdlarından danışırlar. 25 ildir ki, torpaqlarına həsrətdilər. Qaçqınçılıq həyatını onların yanında daha yaxşı hiss edirsən. Bu, məni çox təsirləndirir.
- Həcər xanım, bəs maaş necə, vaxtında verilirmi? Ümumiyyətlə, maaşın dəyəri sizi qane edir?
- Dərs zamanı mövzu ilə bağlı şagirdlər üçün maraqlı suallar hazırlayıram. Bacardığım qədər yeni və diqqətçəkən metodlardan yararlanıram. Paralel siniflər arasında coğrafiyadan bilik yarışmaları keçirirəm. Bu zaman siniflər arasında rəqabət artır. Hər şagird daha artıq çalışır. Mən də qalib gələnlərə hədiyyələr verirəm.
- Təhsil prosesinin əsas siması müəllimdir. Heydər Əliyev deyirdi ki, “mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Mən də bu yüksək ada layiq olmağa çalışıram. İndi Füzulidə dərs deyirəm. Gələcəkdə ən böyük arzum odur ki, torpaqlarımız işğaldan azad olunsun və mən də Şuşada, Laçında müəllimə işləyim….
Geri dön |