Ana Sayfa > --- > 36364 hərəkət iştirakçısı karantin qaydalarını pozduqlarına görə cəzalandırılıblar.
36364 hərəkət iştirakçısı karantin qaydalarını pozduqlarına görə cəzalandırılıblar.23-04-2020, 10:08. Yazar: Admin |
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22.04.2020-ci il saat 00:00-dan 23.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1208 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. APA Geri dön |