Ana Sayfa > --- > Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib...
Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib...23-11-2017, 09:58. Yazar: Admin |
![]() Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı Leyla xanımın (Vanda xanım) məzarını tapılması ilə bağlı yayılan xəbərlər media orqanları və sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Nəsiman Yaqublu (tanınmış araşdırmaçı, Rəsulzadəşünas alim) özünün araşdırmalarının birində həmin ev barəsində bunları yazır: “Rəsulzadə və xanımının Ankaradakı yaşayışı çox da yüksək səviyyədə deyildi. Ankara milli kitabxanasında məmur işləyir, ayda 150 lirəyə qədər maaş alırdı. O pulun da 40-50 lirəsini kirə haqqına verirdi. Evi Ankarada, Sakariyə caddəsində zirzəmiyə oxşayan bir yerdə yerləşirdi. Evində zəngin şərait də yox idi: bir dəmir çarpayı, iki kreslo, stol... O, sadə yaşamağa adət etmişdi. Otuz ildən də çox belə “köçəri” həyat yaşamışdı”.
Vanda xanımla şəxsən görüşən türkiyəli araşdırmaçı-yazar Bülənt Danışoğlu onun barəsində yazdığı “Polşalı azəri gəlini Vanda Rəsulzadə” adlı məqaləsində maraqlı xatirələri işıqlandırıb. Bu xatirələrdə həmin “məzar”dan da söz açılır:
“Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona "madam" deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimzə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası "Leyli və Məcnun" əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cümhur başkanı Məhəmməd Əmin Rəsulzadə...”. Vanda xanım Ankarada yaşayarkən Bülənt Danışoğlu onun qonşusu olub. Uzun müddət tək yaşayıb. Çünki uşaqları da olmamışdı və bütün həyatını Məhəmməd Əminə qurban verən Vandanın (Leylanın ) sədaqəti Bülənt bəyi heyrətə salmışdı. O, bu barədə yazır: Geri dön |