Ana Sayfa > --- > Son dəqiqə : ABŞ-ın məxfi sənədlərini yayan və 7 ildir Londondakı Ekvador səfirliyində gizlənən jurnalist Culian Assanc həbs olundu

Son dəqiqə : ABŞ-ın məxfi sənədlərini yayan və 7 ildir Londondakı Ekvador səfirliyində gizlənən jurnalist Culian Assanc həbs olundu


11-04-2019, 15:39. Yazar: Admin

"Wikileaks" saytında ABŞ-ın məxfi sənədlərini yayımlayan jurnalist Culian Assanc Londondakı Ekvador səfirliyində həbs olunub.
 
Qarabaginfo "Avropa.info"a istinadən xəbər verir ki, "Wikileaks" saytı tərəfindən keçən həftə yayılan açıqlamada, Ekvadorun Assancın səfirlik binasından çıxarılması və nəzarətə alınması üçün İngiltərə ilə razılığa gəldiyini bildirmişdi.
 
Bəzi nüfuzlu media orqanları isə bu qərarın, Ekvador prezidenti Morenonun qardaşı tərəfindən yaradılan bir ofşor hesabın ortaya çıxmasından sonra, qalmqalın üstünü örtmək üçün verildiyini yazırlar. 
 

ABŞ Xarici İşlər Nazirliyinin çoxsaylı yazışmasını internet saytı vasitəsilə ictimaiyyətinə çatdıran və qalmqala səbəb olan Assanj,  2012-ci ildən  bəri Londondakı Ekvador səfirliyinin bir otağında yaşayırdı. 
 
2017-ci ildə Ekvador Assancın siyasi sığınacaq müraciətini qəbul etmiş və vətəndaşlıq vermişdi. 


 


Geri dön