Ana Sayfa > --- > 5 rayonda modul tipli məktəblər quraşdırılacaq - Təhsil Nazirliyinə pul ayrıldı
5 rayonda modul tipli məktəblər quraşdırılacaq - Təhsil Nazirliyinə pul ayrıldı27-03-2018, 18:47. Yazar: Admin |
||||||||||||||||||||||||||||||||||||||||||
Prezident İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. “Qarabaginfo”nun məlmatına görə, sərəncama əsasən Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 172 000 (dörd milyon yüz yetmiş iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
РЕКЛАМА
Geri dön |