Ana Sayfa > --- > DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb

DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb


18-01-2018, 13:25. Yazar: Admin

 

din sarayda toredilen qetlle bagli melumat yayib

Daxili İşlər nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.

 

"Qarabaginfo" xəbər verir ki,Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

 

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.

 

M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.

 

Faktla əlaqədar cinayət işi başlanıb. 

 

V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

 

Geri dön