Ana Sayfa > Manşet / Gündəm > "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının tərkibi təsdiqlənib

"Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının tərkibi təsdiqlənib


4-01-2021, 12:32. Yazar: Admin

"Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının tərkibi təsdiqlənib

Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. 

Qarabaqinfo.az-ın məlumatına görə, sərəncama əsasən, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev – Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla – Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov – Azərbaycan Respublikasının Xalq artisti.


Geri dön