Ana Sayfa > Manşet / Kriminal > Fatma Abdullazadəyə qoyulan qadağa ilə bağlı
Fatma Abdullazadəyə qoyulan qadağa ilə bağlı28-12-2017, 19:19. Yazar: Admin |
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub. “Qarabaginfo” Modern.az-a istinadən xəbər verir ki, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir. Qeyd edək ki, bir müddət öncə F. Abullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə Administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi) 1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb. Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. *** “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankına külli miqdarda borcu olanlar siyasında F. Abdullazadənin də adı var. *** Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan informasiyaar həqiqəti əks etdirmir. Geri dön |