Ana Sayfa > Manşet / Karusel / Siyasət > Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu göndərib


24-12-2020, 20:35. Yazar: Admin

 

Sergey Narışkin Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, qurucu fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq, dostlarınızdan səmimiyyət və diqqət, əzizlərinizin və yaxınlarınızın sevgisini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin və milli maraqların müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq". APA


Geri dön