Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Manşet / Karusel / Siyasət > Prezident MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış etdi
Prezident MDB liderlərinin qeyri-rəsmi görüşündə çıxış etdi27-12-2017, 08:50. Yazar: Admin |
|
Rusiya paytaxtında MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü başlayıb. “Qarabaginfo” Apa-ya istinadən xəbər verir ki, görüş Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilir. Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq. Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edirlər. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq. *** MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatıb. Rusiya prezidentinin Novo-Oqoryovadakı iqamətgahında keçirilən görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulub və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. *** “Rusiya dünya miqyasında stabilləşdirici faktordur”. Bunu MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Geri dön |