Ana Sayfa > Manşet / Karusel / Siyasət > Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib9-12-2020, 18:54. Yazar: Admin |
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Qarabaginfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Geri dön |