Ana Sayfa > Manşet / Karusel > Prezident: “Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib”

Prezident: “Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib”


4-12-2020, 10:17. Yazar: Admin

Prezident: “Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib”

 

“Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır”.

Qarabaginfo.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı deyib.

“Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident bildirib ki, pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilmişdir.


Geri dön