Ana Sayfa > Manşet / Karusel / Siyasət > Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub

Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub


11-11-2020, 17:33. Yazar: Admin

 

Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub

Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub. 

Qarabaginfo.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib. 

Türkiyə və Azərbaycanın dövlət rəsmilərinin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi  ağacəkmə aksiyası keçirilib. Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib. 

Qeyd edək ki, ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib. 

 

Əsmər Qabil


Geri dön