Ana Sayfa > Manşet / Gündəm > BMT-də Rusiya əleyhinə qətnamə qəbul edildi
BMT-də Rusiya əleyhinə qətnamə qəbul edildi20-12-2017, 11:45. Yazar: Admin |
Ötən gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiya tərəfindən işğal edilən Krımda insan haqlarının vəziyyətinə dair yenilənmiş qətnaməni təsdiqləyib. “Qafqazinfo” xəbər verir ki, “Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları ilə bağlı situasiya” adlı qətnamənin leyhinə 70 ölkə, əleyhinə 26 ölkə, daha 76 ölkə isə bitərəf qalıb. Əleyhinə səs verən ölkələr arasında Ermənistan, Belarus, Rusiya, Suriya, Zimbabve və sairləri var. Qətnamədə deyilir ki, Ukrayna işğal olunmuş ərazilərdə öz vətəndaşlarının hüquq və azadlıqlarını müdafiə etməyə borcludur. Sənəddə həmçinin, Rusiyanın BMT Beynəlxalq Məhkəməsinin yarımadada Ukrayna vətəndaşlarının hüquq və azadlıqlarının bərpası ilə bağlı qərarlarını yerinə yetirməsi tələb edilir. Bura yarımadada ukrayna və krım-tatar dillərində təhsilə qoyulan qadağanın aradan qaldırılması da daxildir. BMT bir daha Krımın işğalı və ilhaqını təsdiqləyib və Rusiyanın bu addımı tənqid olunub. Ukrayna XİN başçısı isə bildirib ki, Krımla bağlı bu qətnamə ən güclüsüdür. Rusiyaya Krımla bağlı təzyiqlər artırılır.
Geri dön |