Ana Sayfa > Manşet / Karusel / Siyasət > Elmar Məmmədyarov Doroxini qəbul etdi
Elmar Məmmədyarov Doroxini qəbul etdi18-12-2017, 17:26. Yazar: Admin |
Elmar Məmmədyarov Doroxini qəbul etdi
Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Qarabaginfo"nun Modern.az-a istinadən verdiyi məlumata görə, görüş zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olunub.
Və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
V.Doroxin həmçinin Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzulayıb. Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir Vladimir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Geri dön |