Ana Sayfa > Manşet / Karusel > Vətəndaşlardan Azərbaycan Prezidentinə müraciətlər: “Siz xalqımız, dövlətimiz, ordumuzla möhtəşəm tarix yazırsınız”

Vətəndaşlardan Azərbaycan Prezidentinə müraciətlər: “Siz xalqımız, dövlətimiz, ordumuzla möhtəşəm tarix yazırsınız”


8-10-2020, 11:04. Yazar: Admin

Vətəndaşlardan Azərbaycan Prezidentinə müraciətlər: “Siz xalqımız, dövlətimiz, ordumuzla möhtəşəm tarix yazırsınız”

Vətəndaşların Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciətləri davam edir.

Qarabaginfo.az müraciətlərdən bəzilərini təqdim edir:

 

Aida Behbudovadan, Oğuz, Azərbaycan

“Hörmətli cənab Prezident.

Xalqımız Sizinlə qürur duyur, hər bir çıxışınızı heyranlıqla izləyir. Siz yalnız Prezdent, Ali Baş Komandan deyil, həm də xalqımızın istiqlal sərkərdəsisiniz. Sözünüzlə əməlinizin vəhdəti xalqımızın bu çətin dönəmində Sizə inam, güvən, sonsuz sevgi qazandırdı.

Qarabağın azadlığı uğrunda zəfər qazanmaq üçün Azərbaycanı güclü iqtisadiyyatı, güclü ordusu olan ölkəyə çevirdiniz. Yüksək kürsülərdən Ermənistana xəbərdarlıq etdiniz, əsgərlərini Azərbaycan torpağından çıxarmaq üçün vaxt verdiniz. Lakin mənfur düşmən bir daha yaxşılığı başa düşmədi.

Düşməni ilk həmlədən məğlub etmək üçün ölkəmizi hərtərəfli hazırladınız və “Qarabağ Azərbaycandır!” dediniz. Xalqımız sonsuz əminliklə bilir ki, şanlı ordumuzun başladığı bu zəfər yürüşünün nidası Şuşaya, Xankəndinə Azərbaycan bayrağı sancılanda qoyulacaq.

Uzun illər sağlam ömür yaşayın, cənab Prezidentimiz. Siz xalqımız, dövlətimiz, ordumuzla möhtəşəm tarix yazırsınız”.

 

Namizəd Qasımovdan, Şamaxı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sentyabrın 27-də mənfur ermənilərin növbəti təxribatından sonra Sizin rəhbərliyinizlə başlayan əks-hücumlar alqışa layiqdir.

Ölkəmiz 1989-cu ildən erməni təxribatı ilə üz-üzə qalıb. Azğın düşmənə verilən dərsin davamlı olması hamımızı sevindirir. Allah Sizi qorusun. Ordumuzun müasir silahlarla təmin olunması qələbəyə gedən yol deməkdir.

Allah Azərbaycanın Ordusunu qorusun. Onlar bizim milli qürur mənbəyimizdir.

Cənab Prezident, Sizinlə fəxr edirik. Azərbaycan torpaqlarımızın düşməndən azad olunmasında rolunuz əvəzolunmazdır.

Bütün dünya azərbaycanlıları Sizinlə qürur duyur”.

 

Zaur Əliyevdən, Zərdab, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən Sizin əsgəriniz, Azərbaycan Respublikasının vətəndaşı olmaqdan qürur duyuram. Sizin apardığınız daxili və xarici siyasət bütün sahələrdə olduğu kimi, Ordumuzun yüksək səviyyədə inkişafına səbəb olmuşdur. Bu günlərdə ordumuzun düşməni məhv edərək torpaqlarımızı geri qaytarmağa davam etmələri ilk növbədə Sizin uğurunuzdur. Tarix yazan və hər birimiz üçün tezis olan çıxışlarınız xalqımızın daha da ruhlanmasına, ordumuza və dövlətimizə inamın daha da artmasına səbəb olmuşdur.

Cənab Prezident, Allah Sizi və ordumuzu qorusun. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

 

Ayşən Əliyevadan, Tovuz, Azərbaycan

“Möhtərəm Ali Baş Komandan.

Son günlər cəbhə bölgəsindən gələn xəbərlər məni və bütün xalqımızı həddən artıq sevindirir və qürurlandırır. Siz və Sizin əmrinizdə olan Azərbaycan Ordusu düşmənlərimizə və bütün dünyaya göstərdiniz ki, Qarabağ, əzəli torpaqlarımız uğrunda sona qədər döyüşməyə hazırıq. Bunları yazaraq Sizə dərin hörmət və dəstəyimizi bildirir, hər an əmrinizdə olduğumuzu bir daha ifadə edirik.

Qəlbimiz Vətən həsrəti ilə döyünür”.

 

Sənan Bayramovdan, Sumqayıt, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə ordumuzun torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı mübarizədə hər gün eşitdiyimiz yeni zəfər, yeni uğur, yeni qələbə sevincini Uca Allahın yardımı ilə xalqımıza bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildirir, qələbələr münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bu zəfərin əldə edilməsi Sizin düşünülmüş siyasətinizin, müdrik uzaqgörənliyinizin bariz nümunəsidir. Haqq yolunda aparılan mübarizəmizdə Ali Baş Komandan olaraq Sizə güvənirik. Bu günlərdə yaşadığımız zəfər coşqusu bizlərə hər an sevinc göz yaşları, sevincdən doğan qəhər bəxş edir. Bu məktubu yazarkən belə, ardı-arası kəsilməyən, sevincli zəfər xəbərləri eşidirəm. Bir Vətən övladı olaraq azadlıq uğrunda canımdan, qanımdan keçmək üçün səbrsizliklə əmrinizi gözləyirəm. Allah Sizi var etsin, daim qorusun. Biz Sizinləyik, yanınızdayıq. Bir Vətənimiz var - Azərbaycan. Bir şüarımız var - Qarabağ Azərbaycandır!”

 

Ceyhun Rəhimovdan, Qazax, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin bu çətin və şərəfli günlərdə verdiyiniz müdrik və qətiyyətli qərarlar qəlbimizi fərəh hissi ilə doldurur.

Hər bir azərbaycanlı kimi, mənim də müqəddəs borcumdur ki, öz torpaqlarımı erməni işğalçılardan qoruyum. II qrup Qarabağ müharibəsi əlili olduğuma baxmayaq, hər zaman Sizin bir çağırışınızla döyüşlərdə iştirak etməyə tam hazıram”.

 

Anar Həsənovdan, Şəki, Azərbaycan

“Cənab Prezidentimiz.

İşğalda olan bir çox ərazilərimizi Sizin cəsarətli siyasətiniz nəticəsində ordumuz tərəfində işğaldan xilas etmişik. Biz atdığınız hər bir addımı dəstəkləyirik. Biz Sizin rəhbərliyinizlə qalan bütün torpaqlarımızın işğaldan azad olunduğu müjdəsini səbirsizliklə gözləyirik.

Hörmətli Prezidentimiz, bu tarixi, gözəl anları bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Allah Sizi və şanlı ordumuzu qorusun”.

 

Qızqayıt Məmmədovadan, Cəbrayıl, Azərbaycan

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

27 ildən sonra həsrətində olduğumuz doğma Cəbrayılımızı erməni işğalından azad etdiyiniz üçün və bu sevinci bizə bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz cəbrayıllılar Sizin siyasətinizi dəstəkləyirik. Sizinlə fəxr edirik, qürur duyuruq. Yaşasın müstəqil Azərbaycan Respublikası! Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!”

 

Şövqi Cəfərovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Uca Tanrıdan Sizə cansağlığı arzulayır və Vətənimizin şanlı tarixini yazdığınız bu günlərdə, həm mənfur düşmən qarşısında, həm də beynəlxalq arenada Sizə uğurlar arzulayırıq. Təxminən 30 il əvvəl üzləşdiyimiz bu bəladan yalnız Sizin rəhbərliyinizlə qurtulacağımıza və əzəli torpaqlarımıza qayıdacağımıza əminik. Ulu öndərimiz Heydər Əliyev bundan illər öncə Azərbaycan xalqına bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xüsusilə bildirmək istəyirəm ki, həm özüm, həm də ailəm Sizin siyasətinizin dəstəkçisi və müdafiəçisi olmuşuq. Hər zaman da dəstəkçisi və müdafiəçisi olmağa davam edəcəyik. Son olaraq, Sizin də dediyiniz kimi, biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycanın əzəli torpaqlarıdır. Yaşasın Azərbaycan xalqı! Yaşasın xalqımızın Lideri İlham Əliyev! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Ədalət Qarayevdən, Yardımlı, Azərbaycan

“Cənab Ali Baş Komandan, möhtərəm Prezident.

Murovda şəhid olmuş oğlum Qarayev Amal 2020-ci il oktyabrın 4-də doğulduğu Ərus kəndində dəfn olundu. Yardımlı əhalisi indiyədək belə bir izdiham görməmişdi. Şəhidə verilən bu müsbət qiymət məni hədsiz dərəcədə duyğulandırdı və erməni faşistlərinə qarşı nifrətimi daha da artırdı.

Tam səmimiyyətlə deyirəm ki, Orduya getmək, şəhid oğlumun yarımçıq qalmış ömrünü davam etdirmək, onun Şuşaya Azərbaycan bayrağını sancmaq arzusunu gerçəkləşdirmək üçün mənfur düşmənə qarşı döyüşmək istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim ön cəbhəyə getməyimə göstəriş verəsiniz”.

 

Rəhman Məmmədovdan, Cəbrayıl, Azərbaycan

“Hörmətli cənab Prezident.

Komandanlığınızla Cəbrayıl şəhəri və ətraf kəndləri, eləcə də Quycaq kəndi yağı düşməndən azad edildiyinə görə Sizə bütün kəndimizin sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Sizə neçə-neçə uğurlar, nailiyyətlər arzulayırıq.

Bu gün cəbrayıllılar, eləcə də bütün Azərbaycan xalqı sevinc içindədir. Bizim sevincimizin həddi-hüdudu yoxdur. Bu hisslərin necə əvəzedilməz olduğunu çatdırmaq qeyri-mümkündür. Artıq bizim də gedəcəyimiz bir kəndimiz var.

Üç gündür ki, sevinc göz yaşlarımız qurumur. Biz hər zaman inanırdıq ki, bu torpaqlar yenidən özümüzə qaytarılacaq. Məhz Sizin komandanlığınızla bu torpaqların düşmən əsarətindən qurtulması xəbəri bizi ikiqat xoşbəxt etdi.

Bütün cəbrayıllılar Sizin daxili və xarici siyasətinizi dəstəkləyir. Biz hər zaman Sizinləyik, cənab Prezidentimiz”.

 

Rauf Gülmalıyevdən, Ağcabədi, Azərbaycan

“Əziz Ali Baş Komandan.

Biz Sizinlə fəxr edirik. İnanırıq ki, üçrəngli Bayrağımız Qarabağımızın hər yerində dalğalanacaq. Siz qətiyyətli mövqeyinizlə bütün xalqda bu inamı möhkəmlətdiniz. Dualarımız Sizinlədir.

Allah Ordumuzu və Ali Baş Komandanımızı qorusun.

Qarabağ Azərbaycandır!”

 

Həzrət Qocayevdən, Zaqatala, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sentyabrın 27-də erməni vandalları tərəfindən həyata keçirilən növbəti təxribata cavab olaraq Sizin rəhbərliyiniz altında ordumuzun əks-hücumu nəticəsində bir sıra yaşayış məntəqələrimiz düşmən tapdağından azad olunmuşdur. Azərbaycan Bayrağının o torpaqlarda dalğalanması hamımızı qürurlandırdı.

Biz məğrur xalqıq, biz ədalətli xalqıq, biz xoşbəxt xalqıq. Bizim xoşbəxtliyimiz Sizin kimi ölkə başçısına və Ali Baş Komandana sahib olmağımızdır. Bütün Azərbaycan xalqı kimi biz zaqatalalılar da Sizin bir çağırışınıza hazırıq ki, kiçikdən böyüyədək əli silah tutan hər kəs cəbhəyə yollanaq, Vətən müharibəsinin qələbə sevincini yaşaya bilmək üçün səfərbər olaq.

Biz inanırıq ki, Azərbaycanın üçrəngli şanlı bayrağı Şuşada, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq. Əldə etdiyiniz qələbələrlə bağlı Sizi ürəkdən təbrik edirik. Tezliklə öz əzəli torpaqlarımıza qovuşacağıq.

Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan Ordusuna!

Eşq olsun Ali Baş Komandanımıza!”

 

Qəzənfər Tahirovdan, Cəbrayıl, Azərbaycan

“Cənab İlham Əliyev, hörmətli Ali Baş Komandan.

Biz cəbrayıllılar Qələbə sevinci içindəyik. Şəxsən mən Qarabağ müharibəsi əlili olsam da, bir Azərbaycan övladı kimi döyüşə hazıram. Çünki, bayraqları bayraq edən üstündəki qandır! Biz haqq mübarizəsi aparırıq.

Cənab Ali Baş Komandan Sizin rəhbərliyiniz altında əsgərlərimiz bütün şəhidlərimizin qisasını alacaqlar. Tezliklə Şuşaya, Cıdır düzünə, Xankəndinə Qələbə Bayağı sancılacaq. Biz o günü səbirsizliklə gözləyirik. Şəhid qardaşı, səngərdə döyüş xidməti aparan əsgər atası kimi deyirəm: Allah əsgərlərimizi və Sizi qorusun”.

 

Yelena Səfərəliyevadan, Qusar, Azərbaycan

“Hörmətli Prezidentimiz!

Biz qusarlılar cəbhə xəttində gedən əməliyyatlar zamanı qazandığımız qələbələrə ürəkdən sevinirik.

Bir əsgər bacısı kimi inanıram ki, güclü Ordumuz qələbə qazanacaq. Biz Sizə inanırıq, Sizinlə fəxr edirik!

Qarabağ biz azərbaycanlıların əzəli-əbədi yurd yeridir.

Sizin hər gün müxtəlif televiziya kanallarına verdiyiniz müsahibələri diqqətlə izləyirik. Sizin dünya ictimaiyyətinə çatdırmaq istədiyiniz “Qarabağ Azərbaycandır!” mesajınızı hamılıqla dəstəkləyirik.

Sizin komandanlığınızla, yüksək əzminizlə bütün torpaqlarımızın işğaldan tam azad olunacağı günü səbirsizliklə və ruh yüksəkliyi ilə gözləyirik.

Tanrı Sizə, mərd Vətən oğullarımıza yar olsun!”

 

Tünzalə Kübərovadan, Qusar, Azərbaycan

“Möhtərəm Prezidentimiz.

Zabit bacısı, hərbçi ailəsi və bir ana olaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə Ali Baş Komandan kimi verdiyiniz əmri dəstəkləyirik. Sizin uzaqgörən və uğurlu siyasətinizin nəticəsidir ki, günbəgün doğma torpaqlarımıza qovuşuruq.

Siz qətiyyətli addımlarınızla və cəsarətli mövqeyinizlə bu gün tarix yazırsınız və Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gələcəyimizə əminik. Hər zaman Sizin və şanlı Ordumuzun yanındayıq.

Allah Sizi, Azərbaycan Ordusunu və Azərbaycan xalqını qorusun.

Qarabağ Azərbaycandır!”

 

Sərdar Verdiyevdən, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident, Ali Baş Komandan.

Biz, Kəlbəcər rayonundan olan, ata-baba torpaqlarından zorla didərgin salınmış insanlar özümüzü xoşbəxt sayırıq ki, məcburi köçkünlərə qayğı Sizin gündəlik fəaliyyətinizin əsas hissələrindən biri olmuşdur.

Sizin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması uğrunda yorulmaq bilmədən dərin zəka və gərgin diplomatik mübarizəniz bizi həmişə ruhlandırmışdır. Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapması və bu münaqişənin danışıqlar yolu ilə, sülh yolu ilə həll olunması üçün böyük əmək sərf etmisiniz. Lakin Ermənistan rəhbərliyinin sülh danışıqlarını pozması və torpaqları işğalda saxlaması Azərbaycan Ordusunu öz sözünü deməyə məcbur etmişdir. Sizin sayənizdə indi güclü və öz sözünü deyən Azərbaycan Ordusu vardır.

Uzun illərdir ki, Azərbaycan xalqının səbirsizliklə gözlədiyi gün - Azərbaycan torpaqlarının mənfur erməni işğalçılardan azad olunması günü gəlmişdir. Sizin rəhbərliyiniz altında işğalda olan bütün torpaqların azad olunması və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması günü uzaqda deyildir. Biz buna öz varlığımız qədər inanırıq. Ona görə Kəlbəcər rayonunun bütün əhalisi Sizə minnətdardır və Sizi tam əmin edir ki, biz həmişə Sizinləyik.

Doğma Azərbaycanımızın xoşbəxt gələcəyi naminə bu müqəddəs mübarizədə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq.

Ulu Tanrı Sizə yar olsun!”

 

Vedat Oğandan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bizə bu xoşbəxtliyi yaşatdığınıza görə bütün türk xalqları adından Sizə minnətdarlıq bildirirəm.

Hərəmiz bir yerdənik, amma hamımız Qarabağlıyıq! Qarabağ Azərbaycandır!

Allah Sizdən razı olsun. Nə yaxşı ki varsınız. Tanrı Sizə uzun və sağlam ömür versin”.

 

Hümbət Məmmədovdan, Cəbrayıl, Azərbaycan

“Cənab İlham Əliyev, əziz Ali Baş Komandan!

Biz - bütün cəbrayıllılar torpaqlarımızın hər qarışının yağıdan azad edilməsinə çox sevinirik. Yaşından asılı olmayaq, hər birimiz Vətən uğrunda döyüşə hazırıq. Ya Qarabağ, ya ölüm - başqa yol yoxdur. Biz haqq mübarizəsi aparırıq.

Möhtərəm cənab Ali Baş Komandan, Sizin bütün əmrlərinizi və yeni Qələbə xəbərlərinizi səbirsizliklə gözləyirik. Tezliklə Şuşada, Cıdır düzündə Qələbə Bayağının sancılacağına əminik. Allah əsgərlərimizi və Sizi qorusun”.

 

Ruşan Qasımovdan, Sumqayıt, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının hərtərəfli inkişafında göstərdiyiniz misilsiz xidmətlərinizə və son günlər çıxışlarınızda biz vətəndaşlarda və Orduda, əsgər və zabitlərimizdə vətənpərvərlik hissini, həmçinin orduda döyüşən hərbiçilərdə ruh yüksəkliyi yaratdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz fəxr edirik ki, bizim geniş dünyagörüşlü, müdrik, böyük şəxsiyyət, xalqın istəklisi, əvəzolunmaz Prezidentimiz var. Mənim 65 yaşım olsa da, torpaqların azad olunmasında düşmənlə vuruşmağa hazıram. Sizə göndərdiyim bütün məktublarda öz mövqeyimi bildirmişəm.

Arzu edirəm, Azərbaycan bayrağını yaxın zamanda Şuşada ucaldılmasında yaxından iştirak edim. Allah Sizi qorusun”.

 

Yədulla Ağazadədən, Lənkəran, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu qurtuluş xilaskarlıq missiyasını əzmlə həyata keçirən, yaşadığımız tarixi günlərin baş qəhrəmanı, xalqımızın milli Lideri olaraq Sizinlə sonsuz qürur duyduğumuzu bildirir, bütün zamanlarda olduğu kimi, erməni faşizmi ilə haqlı savaş anlarında da ailəliklə Sizin yanınızda olduğumuzu bəyan edirik.

Xalqımızın, Ordumuzun gücü-qüdrəti Vətən məhəbbətinin, rəhbərə, Prezidentə, Ali Baş Komandana olan sonsuz sevginin, inam və etibarın parlaq ifadəsidir”.

 

Cüməqulu Sabirovdan, Ağsu, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin Ali Baş Komandan kimi hərbçilər və xalqla birlikdə apardığınız Qarabağ müharibəsində tam qələbəyə nail olacağınıza inanırıq. Xalqımız və bizim ailəmiz Sizin yanınızdadır. Biz Sizinlə və ordumuzla fəxr edirik. İnşallah, torpaqlarımızı azad edib böyük Azərbaycan varlığını ermənilərə və dünyaya sübut etməliyik.

Yarımçıq sülh danışıqlarını qəbul etməməyiniz, xarici dövlətlərin aldadıcı bəyanatlarına qarşı qətiyyət göstərməyiniz bu mübarizədə sonadək gedəcəyinizə sübutdur.

Biz birlikdə güclüyük. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Qarabağda qələbə arzulayırıq”.

 

Səxavət Abduxalqovdan, Qəbələ, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Mən Azərbaycanın sadə bir övladıyam. Bu torpağın suyunu içib, havasını alıb, çörəyini yeyib boya-başa çatmışam. Doğma torpağın hər qarışı mənim üçün əzizdir. Ümummilli liderimiz dahi Heydər Əliyev demişkən: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Üçrəngli bayrağımızla ürəyimdə daim qürur hissi duymuşam. İnanın ki, 38 yaşım olsa da, Azərbaycanın Dövlət Himni oxunanda, uğur qazandığımız idman yarışlarında Azərbaycan Bayrağı ucalanda, bu yaşımda belə uşaq kimi sevinərək ağlayıram, gözlərim dolur. Həmişə arzulamışam ki, həmin müqəddəs bayraq doğma Qarabağda dalğalansın, Azərbaycanın Dövlət Himni məhz Qarabağda oxunsun.

Bu gün xəyallarımızın reallığa çevrilməsinin şahidi oluruq. Şanlı Ordumuz Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində torpaqlarımızı bir-bir işğaldan azad edir. Mən də bir övlad, bir oğul kimi Sizin yanınızda olmaq, ölkəmə, Vətənimə və xalqıma dəstək olmaq arzusundayam.

Cənab Ali Baş Komandan, Siz dahi Heydər Əliyevin layiqli davamçısı, Azərbaycanın Liderisiniz. Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizinlə qürur duyur və arxanızdadır.

Zəfər bizimdir!

İlhamla irəli!”

 

Müslüm Məmmədovdan, Qazax, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin əmrinizlə əks-hücum əməliyyatına başlayan Ordumuza hərbi əməliyyatlarda yeni uğurlar və qələbə arzu edirəm.

Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində dövlətimizin qarşısına qoyduğu bütün məqsədlərə nail olacağına inanıram.

Yaşadığım Qazax rayonunda əhalinin əhval-ruhiyyəsi çox yüksəkdir, hamı ordumuzla həmrəy olduğunu, ona hər cür dəstək verməyə hazır olduğunu bildirir. Gənclər heç tərəddüd etmədən səfərbərlik məntəqəsinə gəlir və hərbi hissələrimizə yola salınırlar.

Mən birinci Qarabağ müharibəsi veteranıyam. Hazırda 59 yaşım var. Siz əmr versəniz, döyüş yoldaşlarımızla birlikdə Ordumuza qoşulmağa hazırıq.

Möhtərəm Ali Baş Komandan, uzun illər Sizin apardığınız ədalətli və humanist siyasətinizlə Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün çox səylər göstərdiniz. Lakin işğalçı tərəfin məlum mövqeyinə görə bu mümkün olmadı. İndi torpaqlarımızın tam azad olunması üçün biz bu müharibəni davam etdirməliyik.

Cənab Prezident, xalqımız Sizinlədir, Sizin ətrafınızda sıx birləşib. Sizinlə qürur duyuruq. Haqq və ədalət bizim tərəfimizdədir. Tanrı xalqımızı qorusun”.

 

İlqar Mustafayevdən, Şəki, Azərbaycan

“Hörmətli cənab Prezident.

İlk öncə rəhbərliyinizlə cəbhədə qazanılan bütün uğurlara görə Sizi, Azərbaycan xalqını və Vətənimizin bütünlüyü uğrunda savaşan hər bir zabit və əsgərimizi təbrik edirəm. Hər birinizə dərin minnətdarlığımı bildirir, bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizin bütün çıxışlarınızı fərəhlə izləyir və belə bir Liderimiz olduğu üçün qürur hissi keçirirəm. Sizin bütün dünyaya nümayiş etdirdiyiniz qətiyyətli addımlarınız hər bir vətəndaşda ruh yüksəkliyini bir az da artırır. Son çıxışınızdakı ifadələr bütün dünyaya Sizin Azərbaycan xalqına sadəcə bir ölkə rəhbəri kimi deyil, həm də ailəsinin namusunu, qeyrətini qoruyan bir ailə başçısı, bir ata kimi dayaq durduğunuzu nümayiş etdirir. Allah Siz başda olmaqla bütün Azərbaycan xalqını, Ordusunu, Türk millətini qorusun. Sizin səbrlə və yüksək diplomatiya ilə qazandığınız uğurlar hər birimizi sevindirir.

 

Rahib Kərimovdan, Bakı, Azərbaycan

“Çox hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrilib. Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi.

Cənab Ali Baş Komandan, illərdir gözlədiyimiz və tərəfinizdən verilən bu cəsur qərar üçün Sizə minnətdarlığımı bildirirəm. Xalqımız torpaqlarımızın, dədə-baba yurdumuzun mənfur düşməndən azad olunacağı günləri səbirsizliklə gözləyirdi. Uca Tanrı Sizə xalqımızın və ölkəmizin firavanlığı, Qarabağımızın azad edilməsi uğrunda fəaliyyətinizdə yardımçı olsun. Ailəmiz həmişə fəxr edir ki, Sizin kimi Prezidentimiz var. Sizin timsalınızda bütün xalqımızı təbrik edirəm. Qeyd etdiyiniz kimi, “Qarabağ Azərbaycandır!”

 

Kəmalə Nəhmədovadan, Gəncə, Azərbaycan

“Hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan.

Biz hər birimiz Sizin torpaqlarımızın bütövlüyü uğrunda apardığınız qətiyyətli mübarizənin şahidiyik. Sizi əmin etmək istəyirəm ki, Gəncə sakinləri Sizin haqq uğrunda mübarizənizdə sonadək yanınızdadır. Üzərimizə düşən hər vəzifəni yerinə yetirməyə hazırıq. Əminik ki, Siz əsarətdə olan və tarixi torpaqlarımız olan Qarabağımızı Azərbaycan xalqına bütöv şəkildə qaytaran böyük sərkərdə olaraq qızıl hərflərlə tarixə adınızı yazacaqsınız. Biz Gəncə sakinləri olaraq Sizinlə və şanlı Ordumuzla qürur duyuruq. Uca Tanrı Sizi qorusun”.

 

Orxan Əzimovdan, Cəlilabad, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Mən bir təhsil işçisi olaraq Sizinlə fəxr edirəm. Bu günləri bizə yaşatdığınız üçün Sizə nə qədər təşəkkür etsək, azdır. 30 ilə yaxındır ki, düşmən tapdağı altında olan torpaqlarımızda artıq şanlı Azərbaycan Ordusunun qələbə səsləri gəlir. Müqəddəs torpaqlarımızdan erməni işğalçılarının son nəfərinədək qovulacağı zəfər günü lap yaxındır. Bunun üçün Sizə və Ali Baş Komandanı olduğunuz Milli Ordumuza minnətdarıq. Azərbaycan xalqı Sizin arxanızdadır və ölkəmizin gələcəyi naminə alacağınız bütün qərarları daim dəstəkləyir.

Var olsun güclü dövlətimiz və onun güclü Lideri!”

 

Ramil Qardaşovdan, Balakən, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizi bir gənc olaraq, bir vətəndaş olaraq səmimiyyətimlə və bütün qəlbimlə dəstəkləyirəm.

Qəbul etdiyiniz düzgün qərarların nəticəsinin gətirdiyi xoş xəbərlərə bir azərbaycanlı kimi çox sevinirəm. Sizə inamımız və etibarımız tamdır. Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi yolunda əldə olunan uğurlar Sizin dərin strategiyanızın və düzgün siyasi qərarlarınızın nəticəsidir. Biz gənclərin daim Sizi dəstəklədiyimizi və Sizin yanınızda olduğumuzu bildirmək istəyirəm və inanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Şəfəq Mehdiyevadan, Göygöl, Azərbaycan

“Möhtərəm cənab Prezident.

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatlarına başlanması üçün verdiyiniz qətiyyətli qərara görə Sizə Göygöl gəncləri adından minnətdarlığımı bildirirəm.

Bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq qürurlandırdı. Çünki Sizin komandanlığınızla müasir silahlarla təchiz olunmuş Ordumuz Dağlıq Qarabağı işğaldan azad etmək əzmindədir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Taleh Məlikovdan, Göyçay, Azərbaycan

“Hörmətli Cənab Prezident.

Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri Sizin liderlik xüsusiyyətlərinizdir. Azərbaycanın uzun illərdir işğal altında olan torpaqları sizin və ordumuzun sayəsində geri qaytarılır. Bu xalqın gəncləri olaraq biz də Sizin siyasətinizi sonadək dəstəkləyir və Sizə uğurlar arzulayırıq. “Biz birlikdə güclüyük!” və “Qarabağ Azərbaycandır!” şüarı ilə daim irəli addımlayacağıq!”

 

Nurcahan Əmənzadədən, Biləsuvar, Azərbaycan

“Cənab Ali Baş komandan İlham Əliyev.

Sizin Azərbaycan gənclərinə verdiyiniz qiymət və dayaq hər bir Azərbaycan gənci üçün aydındır. Başqa Ölkələrdə sizin qədər gənclərə dayaq olan ikinci ölkə başçısı tanımıram. Ordumuzun zəfərlərinə sevinirik. Sizin sayənizdə Qarabağ Azərbaycana geri qayıdacaq, biz sizə güvənirik, Allahdan uzun ömür can sağlığı diləyirəm. Allah sizi Azərbaycan ordusuna çox görməsin. Men bir tələbə olaraq həmişə sizin vətənimizə bəxş etdiyiniz gözəllikləri, yaxşılıqları görürəm və sizə təşəkkür edirəm. Allah sizi Azərbaycan ordusunun başından əskik eləməsin.

Qarabağ Azərbaycandır!”

 

Şirin Şuminovdan, Oğuz, Azərbaycan

“Hörmətli cənab Prezident.

Beynəlxalq qanunlar əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək üçün başlatdığınız zəfər yürüşündə Sizə yeni uğurlar arzulayırıq. Tək Yaradan Sizə yar olsun. Sizin rəhbərliyinizlə Şanlı Azərbaycan Ordusunun erməni işğalçılarından Qarabağı təmizləməklə Azərbaycanın ərazi bütövlüyünün təmin edəcəyinə, tezliklə qələbə çalaraq, Beynəlxalq haqqı bərpa edəcəyinə inanırıq. Müharibə itkisiz olmur. Şəhidlərimizə rəhmət diləyirik. Qazilərimizə şəfa arzulayırıq. Sizin müdrik rəhbərliyinizlə şanlı Azərbaycan Ordusunun ən az itki ilə tam qələbəsi üçün dualar edirik.

 

“Assena Heydərlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezidentimiz.

Biz tələbələr bu haqq yolunda gedən Vətən savaşında biz Sizinləyik.

Biz gənclərə barıt tüstüsündən duman çökmüş boz gələcək deyil, günəşli, firavan, ərazi bütövlüyü və sərhədləri tam bərpa olunmuş bir ölkə ərməğan edəcəyinizə tam inanırıq. Sizin kimi baş ucaldan varis qoyub getdiyi üçün Ulu Öndərin ruhu qarşısında baş əyirik”.

 

Şəkər Əhmədovadan, Tərtər, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin həm dünya dövlətlərinə, həm də Paşinyana dediyiniz sözlər xalqımızın və millətimizin ürəyindən keçən sözlərdir. O sözləri deyən dilinizə qurban olum, oğlum!

"Dost dar gündə tanınar". Artıq dostumuz və düşmənimiz məlumdur. Bütün xalq Sizin arxanızdadır. Otuz ilə yaxındır ki, münaqişənin sülh yolu ilə həll olunmsını səbr və təmkinlə gözlədik. Səbrin də bir tükənən vaxtı var. Nə qədər səbr etmək olar? Siz çox səbr və təmkin göstərdiniz. Birlik olan yerdə qələbə də olar. Azərbaycanda dövlət, ordu və xalq birliyi mövcuddur. İnşaallah Qələbə bizim olacaqdır. Siz güclü siyasətci və hümanist insan oldğunuzu sübut etdiniz. Nidanın nöqtəyə cavabı belə olmalıdır! Bəs necə!

Allah bizim güvəndiyimiz Ordumuzu və onun Ali Baş Komandanını qorusun. Amin!”

 

Daha bir müraciət isə Türkiyədən gəlib. Gökhan Topal Nevşehirdən yazır: “Hörmətli cənab Prezident.

İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirir, bir türk kimi dövlətimin və xalqımın Sizin, dəyərli qardaşlarımızın haqlı mübarizənizdə yanınızda olduğumuzu, Sizlərə hər cür dəstəyimizi göstərməyə, cəbhədə qardaşlarımla çiyin-çiyinə durmağa hazır olduğumuzu bildirirəm.

Bu dəqiqələrdə cəbhədə olan hər kəs üçün dua edir, Allahımdan onlara kömək olmasını diləyirəm.

Allah yar və yardımçımız olsun”.


Geri dön