Ana Sayfa > Manşet / Karusel / Dünya > Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı13-12-2017, 14:00. Yazar: Admin |
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda baş tutan İslam Əməkdaşlığı Şurasının fövqəladə toplantısında çıxış edib. "Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, toplantı müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edən Türkiyə lideri bütün islam ölkələrini paytaxtı Qüds olan Fələstin dövlətini tanımağa çağırıb: “Bu qədim şəhərin küçələrində bir neçə dəqiqə dolaşan hər kəs şəhərin işğal altında olduğunu anlayacaq. Onsuz da işğal altında olan bu şəhərlə bağlı belə bir qərarın heç bir hökmü ola bilməz. Bu qərar hər şeydən əvvəl fələstinlilərin cəzalandırılması anlamına gəlir. ABŞ-ın bu hüquqsuz qərarına sadəcə İsrail dəstək verib. Bu qanunkənar qərarı tanımayan ölkələrə təşəkkür edirik. Siz tək başınıza qərar ala bilməzsiniz. Dünya tək sizdən ibarət deyil. ABŞ kimi güclü ölkə ola bilsiniz, silahlarınız ola bilər, amma bunlar sizin güclü olduğunuzu ifadə etməz. Əgər haqlısınızsa güclüsünüz. İsrail işğal dövlətidir, terror dövlətidir. 10 yaşındakı uşaqları o terrorçu əsgərlər saxlayırlar və dəmir qəfəslərin içərisinə toplayırlar. Ey Tramp, sənə daha nəyi başa salım, həqiqətlər ortadadır. İsrail etdiyi bütün terror əməllərinə görə mükafatlandırılır. Bu mükafatı verən isə Trampdır. Trampın bu qərarı beynəlxalq hüququ çeynəməklə yanaşı, islam mədəniyyətinə endirilən zərbədir".
Geri dön |