Ana Sayfa > Manşet / Gündəm > Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib


9-09-2020, 14:00. Yazar: Admin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Piyada keçidinin uzunluğu 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.

Keçidin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyalarını isə yerli mütəxəssislər hazırlayıb.

Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib İlham Əliyev piyada keçidinin açılışında


Geri dön