Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı
Ana Sayfa > Manşet / Kriminal > Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı

Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı


6-05-2023, 21:06. Yazar: Admin

 

Qazinin çənəsini sındıran idmançıya cinayət işi açıldı

“Vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi  vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, sosial şəbəkələrdə tibb məntəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı daxil olan məlumat əsasında araşdırma başladılıb və N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb:

“Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir”.


Geri dön