Ana Sayfa > Manşet / Karusel / Siyasət > Bu gün Heydər Əliyevin ad günüdür
Bu gün Heydər Əliyevin ad günüdür3-08-2020, 12:40. Yazar: Admin |
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub. Heydər Əliyev ADA Universitetini bitirib. Heydər Əliyevin tələbə yoldaşları və dostları onun savadlı, təvazökar, mədəni bir gənc olduğunu vurğulayırlar... Onun öz davranışları ilə ətrafındakılara nümunə olduğu da qeyd edilir. Bunu əvvəllər onun müəllimləri də söyləyiblər. "Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu, çox ağıllı, dərrakəli uşaqıydı. Cəld işləyir, nümunəvi davranır, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi”-deyən Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulamışdı. Demokrat.az
Geri dön |