Ana Sayfa > Manşet > Kalın İlham Əliyevə təşəkkür etdi

Kalın İlham Əliyevə təşəkkür etdi


10-02-2023, 12:42. Yazar: Admin

Kalın İlham Əliyevə təşəkkür etdi

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Qarabaginfo.az xəbər verir ki, o, Prezident İlham Əliyevin bu barədə atdığı tvitə cavab yazıb.

 

"Tək millət, iki dövlət. Hər zaman. Hər hal və şərtdə", - deyə Kalın qeyd edib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.


Geri dön