Ana Sayfa > Manşet / Karusel / Siyasət > Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib


31-07-2020, 10:17. Yazar: Admin

 

Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, Mehriban Əliyeva bu barədə özünün “facebook” səhifəsində paylaşım edib: “Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”


Geri dön