Ana Sayfa > Manşet / Karusel / İqtisadiyyat > “Azərbaycan Sənaye Korporasiyası” 500 mln. manatlıq kapitalla fəaliyyətə başlayacaq

“Azərbaycan Sənaye Korporasiyası” 500 mln. manatlıq kapitalla fəaliyyətə başlayacaq


5-12-2017, 10:06. Yazar: Admin

 

Prezident İlham Əliyevin nizamnaməsini ötən gün təsdiqlədiyi “Azərbaycan Sənaye Korporasiyası” ASC 500 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.

"Qarabaginfo" “Report”-a istinadən xəbər verir ki, bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 500 mln. ədəd səhm əsasında formalaşacaq.

Nizamnamədə qeyd olunub ki, Cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, ölkə ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı hesabına formalaşır.

Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə edilən daxilolmalar, Cəmiyyətin emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər, alınmış xarici kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.


Geri dön