Ana Sayfa > Manşet / Karusel / Dünya > Avropada ən çox spirtli içkilər içilən ölkələr məlum olub

Avropada ən çox spirtli içkilər içilən ölkələr məlum olub


4-12-2017, 17:23. Yazar: Admin

 


Baltikyanı ölkələr alkoqollu içkilərə istehlak xərclərinin payı baxımından Avropa İttifaqı üzvləri arasında lider olub.

Bu barədə  "Qarabaginfo" "Report"-a istinadən xəbər verir.

Statistikaya görə, avropalılar 2016-cı il ərzində spirtli içkilərə, təxminən,130 milyard avro sərf ediblər və bu, Aİ-nin ÜDM-nin 0,9%-nə bərabərdir. İstehlak xərclərində spirtli içkilərin payı Avropa üzrə orta hesabla 1,6%-ə çatıb.

"Eurostat"ın məlumatına görə, alkoqollu içkilər ən çox Baltikyanı ölkələrdə sevilir. Reytinqin lideri Estoniya olub: burada ötən il vətəndaşların istehlak xərclərinin 5,6%-i spirtli içkilərin payına düşüb. Növbəti pillələrdə müvafiq olaraq 4,8% və 4,2% göstərici ilə Latviya və Litva qərarlaşıb.

Polşa və Çexiya 3,6%-lik göstərici ilə 4-5-ci yerləri bölüşdürüblər.

Avropada alkoqollu içkilərə ən az - ümumi istehlak xərclərinin 0,9%-i miqdarında xərcləyən ölkə isə İspaniyadır.

 


Geri dön